Qarabağ Universitetinin Klinikası

Həkim-laborant

22-09-2026

176

Təsvir

  • Klinik laborator diaqnostika üzrə rutin və ixtisaslaşmış müayinələrin laboratoriyanın standart əməliyyat prosedurlarına (SOP) və qüvvədə olan standartlara uyğun aparılmasını təmin etmək.
  • Hematoloji, biokimyəvi, immunoloji, koaqulyasiya və digər klinik laborator müayinələrin nəticələrini qiymətləndirmək, təsdiqləmək və klinik əhəmiyyətini interpretasiya etmək.
  • Bioloji nümunələrin götürülməsi, identifikasiyası, daşınması, qəbulu, saxlanması və işlənməsi daxil olmaqla preanalitik proseslərə nəzarət etmək, uyğunsuzluqları müəyyənləşdirmək və müvafiq tədbirlərin görülməsini təmin etmək.
  • Laborator müayinələrin analitik mərhələsində tətbiq olunan metodların, reagentlərin, kalibratorların və nəzarət materiallarının düzgün istifadəsinə və nəticələrin etibarlılığına nəzarət etmək.
  • Laborator nəticələrin analitik və klinik uyğunluğunu qiymətləndirmək, zəruri hallarda nəticələrin təkrar yoxlanılmasını təmin etmək, kritik nəticələri müəyyənləşdirmək və onların vaxtında aidiyyəti klinik şöbəyə bildirilməsini təmin etmək.
  • Daxili keyfiyyətə nəzarət və xarici keyfiyyət qiymətləndirilməsi proqramlarında iştirak etmək, uyğunsuzluqları və mümkün xəta mənbələrini təhlil etmək, düzəldici və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə dəstək göstərmək.
  • Laboratoriyanın standart əməliyyat prosedurlarının (SOP), iş alqoritmlərinin, referens intervallarının, kritik dəyərlərinin və digər keyfiyyət sənədlərinin hazırlanması, tətbiqi və mütəmadi yenilənməsində iştirak etmək.
  • Laborator avadanlıqların düzgün istismarına, kalibrasiyasına, profilaktik və texniki xidmətinə, eləcə də müvafiq qeydlərin və sənədləşmənin aparılmasına nəzarət etmək.
  • Reagentlərin, kalibratorların, nəzarət materiallarının və digər laborator sərf materiallarının saxlanma şəraitinə, istifadə müddətlərinə və ehtiyatlarının idarə edilməsinə nəzarətdə iştirak etmək.
  • Biotəhlükəsizlik, infeksiyaların profilaktikası və nəzarəti, tibbi tullantıların idarə olunması və əmək təhlükəsizliyi üzrə müəyyən edilmiş tələblərə riayət etmək.
  • Klinik şöbələrin həkimləri ilə əməkdaşlıq etmək, laborator müayinələrin düzgün və məqsədəuyğun seçilməsi, nəticələrin interpretasiyası və əlavə müayinələrə ehtiyacın müəyyənləşdirilməsi ilə bağlı peşəkar konsultativ dəstək göstərmək.
  • Laboratoriyanın orta tibb heyətinə və digər əməkdaşlarına laborator metodlar, prosedurlar, keyfiyyət və təhlükəsizlik tələbləri üzrə metodiki dəstək göstərmək.
  • Laborator xidmətlərin keyfiyyətinin, dəqiqliyinin və effektivliyinin davamlı yaxşılaşdırılması üzrə tədbirlərdə iştirak etmək.
  • Universitet klinikasının tədris, elmi-tədqiqat, klinik audit, keyfiyyətin yaxşılaşdırılması və davamlı peşəkar inkişaf fəaliyyətlərində iştirak etmək.

Tələblər

  • Ali tibb təhsili
  • Klinik laborator diaqnostika üzrə müvafiq ixtisaslaşma.
  • İxtisas üzrə qüvvədə olan sertifikasiya tələblərinə uyğunluq.
  • Klinik laborator diaqnostika, hematologiya, biokimya, koaqulyasiya və immunoloji müayinələr üzrə nəzəri və praktik biliklər.
  • Laborator müayinələrin preanalitik, analitik və postanalitik mərhələləri üzrə bilik və bacarıqlar.
  • Laboratoriya avadanlıqları, avtomatlaşdırılmış analizatorlar, reaktivlər, kalibrasiya və keyfiyyətə nəzarət prinsipləri üzrə biliklər.
  • Daxili və xarici keyfiyyətə nəzarət, laboratoriya keyfiyyətinin idarə edilməsi prinsipləri üzrə biliklər.
  • LIS və avtomatlaşdırılmış laborator sistemlərlə iş təcrübəsi üstünlükdür.
  • Laboratoriya keyfiyyət standartları və akkreditasiya prinsipləri üzrə bilik və ya təcrübə üstünlükdür.
  • Xaricdə təhsil, elmi-tədqiqat fəaliyyəti və ya universitet klinikasında iş təcrübəsi üstünlükdür.

Vakansiya haqqında

Son tarix

October 22, 2026

Paylaşılıb

sentyabr 22, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Səhiyyə