Qarabağ Universitetinin Klinikası

Həkim-mikrobioloq

22-09-2026

148

Təsvir


  • Klinik materialların mikrobioloji müayinəsini həyata keçirmək, uyğun laborator diaqnostika metodlarını seçmək, müayinə nəticələrini qiymətləndirmək və klinik əhəmiyyətini şərh etmək.
  • Bakterioloji və mikoloji müayinələri aparmaq, mikroorqanizmlərin identifikasiyasını və antimikrob preparatlara həssaslığının təyin edilməsini qüvvədə olan standartlara və laboratoriyanın standart əməliyyat prosedurlarına (SOP) uyğun həyata keçirmək.
  • Parazitoloji müayinələri müvafiq standartlara və laboratoriya prosedurlarına uyğun aparmaq.
  • Klinik nümunələrin götürülməsi, identifikasiyası, daşınması, qəbulu, saxlanması və işlənməsi proseslərinin preanalitik tələblərə uyğunluğuna nəzarət etmək.
  • Mikrobioloji müayinələrin analitik və postanalitik mərhələlərində keyfiyyətin təmin olunmasında iştirak etmək, laborator nəticələrin düzgünlüyünü və etibarlılığını qiymətləndirmək.
  • Antimikrob həssaslıq testlərinin nəticələrini müvafiq beynəlxalq standartlara uyğun qiymətləndirmək və zəruri hallarda klinik şöbələrlə nəticələrin interpretasiyası üzrə peşəkar məsləhətləşmələr aparmaq.
  • Klinik və epidemioloji əhəmiyyət daşıyan mikroorqanizmlərin, o cümlədən antimikrob rezistentlik göstəricilərinin aşkarlanması, qeydiyyatı və monitorinqində iştirak etmək.
  • İnfeksiyaların profilaktikası və nəzarəti, antimikrob preparatların rasional istifadəsi və antimikrob rezistentliyin monitorinqi istiqamətində klinikanın aidiyyəti struktur bölmələri ilə əməkdaşlıq etmək.
  • Laboratoriyanın standart əməliyyat prosedurlarının (SOP), keyfiyyətə nəzarət sənədlərinin və digər laborator sənədlərin hazırlanması, tətbiqi və mütəmadi yenilənməsində iştirak etmək.
  • Laboratoriya avadanlıqlarının, reaktivlərin və sərf materiallarının düzgün istifadəsinə və saxlanmasına nəzarət etmək, biotəhlükəsizlik və infeksiyaya nəzarət tələblərinə riayət etmək.
  • Klinik şöbələrin həkimləri ilə əməkdaşlıq etmək, mikrobioloji müayinələrin seçilməsi, nümunələrin düzgün götürülməsi və laborator nəticələrin klinik interpretasiyası ilə bağlı peşəkar məsləhət vermək.
  • Universitet klinikasının tədris, elmi-tədqiqat və davamlı peşəkar inkişaf fəaliyyətlərində iştirak etmək.

Tələblər



  • Ali tibb təhsil və tibbi mikrobiologiya üzrə müvafiq ixtisaslaşma.
  • Qüvvədə olan sertifikasiya və peşə fəaliyyəti tələblərinə uyğunluq.
  • Klinik mikrobiologiya, bakteriologiya, mikologiya və parazitologiya üzrə nəzəri bilik və praktik bacarıqlar.
  • Mikroorqanizmlərin identifikasiyası, antimikrob preparatlara həssaslıq testlərinin aparılması və nəticələrin interpretasiyası üzrə bilik və bacarıqlar.
  • Klinik nümunələrin preanalitik, analitik və postanalitik mərhələləri üzrə bilik və praktik bacarıqlar.
  • Laboratoriya keyfiyyətinin idarə edilməsi, biotəhlükəsizlik, infeksiyaların profilaktikası və nəzarəti prinsipləri üzrə biliklər.
  • Müasir avtomatlaşdırılmış mikrobioloji sistemlər və molekulyar diaqnostika metodları üzrə bilik və ya iş təcrübəsi üstünlükdür.
  • Antimikrob rezistentlik, antimikrob preparatların rasional istifadəsi və infeksiyaya nəzarət sahəsində iş təcrübəsi üstünlükdür.
  • Xaricdə təhsil, akademik və ya elmi-tədqiqat fəaliyyəti, eləcə də universitet klinikasında iş təcrübəsi üstünlük hesab olunur.

Vakansiya haqqında

Son tarix

October 22, 2026

Paylaşılıb

sentyabr 22, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Səhiyyə