Qarabağ Universitetinin Klinikası

Həkim-qastroenteroloq

Bu gün

13

Təsvir

  • Müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə həzm sistemi xəstəlikləri olan pasiyentlərə ixtisaslaşmış tibbi yardım göstərmək, pasiyentin klinik vəziyyətini qiymətləndirərək müayinə və müalicə planını hazırlamaq və icrasını təmin etmək.
  • Qida borusu, mədə, bağırsaqlar, qaraciyər, öd kisəsi, öd yolları və mədəaltı vəzinin xəstəliklərinin diaqnostika və müalicəsini həyata keçirmək, laborator, instrumental və digər diaqnostik müayinələrin nəticələrini qiymətləndirmək və müvafiq klinik qərarlar qəbul etmək.
  • Kəskin və xroniki qastroenteroloji xəstəliklərin müalicəsini mövcud klinik protokollara və sübuta əsaslanan tibbi yanaşmalara uyğun həyata keçirmək, pasiyentlərin müalicə dinamikasını izləmək və zəruri hallarda müalicə planına müvafiq dəyişikliklər etmək.
  • Tibbi sənədlərin mövcud qaydalara uyğun olaraq vaxtında və düzgün rəsmiləşdirilməsini təmin etmək, təyin edilən dərman vasitələrinin, diaqnostik və müalicə prosedurlarının məqsədəuyğun və səmərəli tətbiqinə nəzarət etmək.
  • Müalicə-profilaktika müəssisəsinin digər ixtisas həkimləri və struktur bölmələri ilə multidissiplinar əməkdaşlıq etmək, zəruri hallarda pasiyentlərin digər mütəxəssislərə yönləndirilməsini təmin etmək, pasiyentlərin xəstəliklərin profilaktikası, qidalanma və həyat tərzi ilə bağlı tibbi maarifləndirilməsində iştirak etmək və tibbi etika, sanitariya-epidemioloji və təhlükəsizlik qaydalarına riayət etmək.

Tələblər

  • Ali tibbi təhsil və Qastroenterologiya ixtisası üzrə müvafiq ixtisaslaşma.
  • Qastroenteroloji xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası üzrə klinik bilik və praktik bacarıqlar.
  • Müvafiq klinik protokollar, pasiyent təhlükəsizliyi və klinik standartlar üzrə biliklər.
  • Laborator və instrumental müayinə nəticələrinin klinik qiymətləndirilməsi və müvafiq müalicə qərarlarının qəbul edilməsi bacarığı.
  • Komanda ilə işləmək, effektiv kommunikasiya və klinik qərarvermə bacarıqları.
  • Xaricdə təhsil almış, akademik tədqiqat fəaliyyəti və universitet mühitində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
  • Namizədin fəaliyyətində dürüstlük, ədalətlilik, yüksək peşəkar standartlara sadiqlik, əməkdaşlıq və xəstə yönümlü yanaşma kimi institusional dəyərlərə uyğun davranış nümayiş etdirməsi gözlənilir.

Vakansiya haqqında

Son tarix

October 23, 2026

Paylaşılıb

sentyabr 23, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Səhiyyə