Müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə müxtəlif cərrahi xəstəliklər üzrə pasiyentlərə ixtisaslı tibbi yardım göstərmək, pasiyentin klinik vəziyyətini qiymətləndirərək müalicə və cərrahi müdaxilə planını hazırlamaq və icrasını təmin etmək.
Pasiyentin anamnezini toplamaq, klinik, instrumental və laborator müayinələri aparmaq və nəticələrə əsasən diaqnoz qoyaraq müvafiq müalicə taktikasını müəyyən etmək.
Zəruri hallarda planlı və təcili cərrahi müdaxilələri həyata keçirmək, əməliyyatdan sonrakı dövrdə pasiyentin vəziyyətinə nəzarət etmək və reabilitasiya prosesini təşkil etmək.
Pasiyentlərin vəziyyətinin dinamik müşahidəsini aparmaq, zəruri hallarda müalicə planını yeniləmək və müvafiq diaqnostik və müalicə prosedurlarını həyata keçirmək.
Tibbi sənədlərin mövcud qaydalara uyğun olaraq vaxtında və düzgün rəsmiləşdirilməsini təmin etmək, tibbi avadanlıq və materialların düzgün və səmərəli istifadəsinə nəzarət etmək.
Müalicə-profilaktika müəssisəsinin digər şöbələri ilə əməkdaşlıq etmək, orta və kiçik tibb heyətinin fəaliyyətinə metodiki dəstək göstərmək, pasiyentlərin tibbi maarifləndirilməsində iştirak etmək və tibbi etika, sanitariya-epidemioloji və təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər
Namizədə tələblər:
Ali tibbi təhsil və Ümumi cərrahiyyə ixtisası üzrə müvafiq ixtisaslaşma.
Müvafiq sahə üzrə klinik bilik və praktik bacarıqlar.
Müasir tibbi protokollar, pasiyent təhlükəsizliyi və klinik standartlar üzrə biliklər.
Komanda ilə işləmək, effektiv kommunikasiya və klinik qərarvermə bacarıqları.
Xaricdə təhsil almış, akademik tədqiqat fəaliyyəti və universitet mühitində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
Namizədin fəaliyyətində dürüstlük, ədalətlilik, yüksək peşəkar standartlara sadiqlik, əməkdaşlıq və pasiyent yönümlü yanaşma kimi institusional dəyərlərə uyğun davranış nümayiş etdirməsi gözlənilir.