Q

IT Texniki Dəstək Mütəxəssisi

08-12-2025

153

Təsvir

  • İstifadəçilərin hardware, software və şəbəkə ilə bağlı qarşılaşdığı texniki problemləri operativ şəkildə diaqnostika etmək, aradan qaldırmaq və İT sistemlərinin fasiləsiz fəaliyyətini təmin etmək.
  • Kompüter, printer və digər periferiya avadanlıqlarının şəbəkəyə qoşulması, sistem üzərindən konfiqurasiyası və tam istifadəyə hazır vəziyyətə gətirilməsi.
  • Microsoft 365 xidmətləri (Outlook, Teams, OneDrive və s.) üzrə istifadəçilərə hesabların yaradılması, icazələrin idarə edilməsi, sinxronizasiya problemlərinin həlli və proqramların optimallaşdırılması kimi texniki dəstək göstərmək.
  • Şəbəkə avadanlıqlarının (Router, Switch, Access Point) ilkin sazlanması, monitorinqi və yaranan texniki nasazlıqların aradan qaldırılması.
  • LAN, VLAN, DHCP, DNS, IP ünvanlandırma və şəbəkə troubleshooting prosesləri üzrə gündəlik texniki dəstək göstərməsi, Əlaqə kəsintilərinin araşdırılması, bağlantı problemlərinin diaqnostikası və stabil şəbəkə mühitinin təmin edilməsi.
  • DVR/NVR əsaslı video müşahidə sistemlərinin sazlanması, kameraların bağlantısının təmin edilməsi və sistem üzrə texniki dəstək göstərilməsi.
  • IP telefoniya (VoIP) sistemlərinin sazlanması, istifadəçi hesablarının yaradılması, daxili nömrələrin idarə edilməsi və yaranan problemlərin həlli.
  • Sistem və şəbəkə avadanlıqlarının monitorinqi, ilkin texniki xidmətin göstərilməsi, insidentlərin səbəb-nəticə analizi və tələb olunduqda müvafiq komandaya eskalasiya edilməsi.

Tələblər

  • İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi, Sistem Administratorluğu və ya əlaqəli sahə üzrə ali təhsil.
  • Helpdesk üzrə minimum 1 il iş təcrübəsi.
  •  CCNA və CompTIA A+ sertifikatları üstünlükdür.
  • Şəbəkə üzrə baza bilikləri: LAN, VLAN, TCP/IP, DHCP, DNS, Routing prinsipləri.
  • Mikrotik, Cisco və ya Fortinet vendor avadanlıqları üzrə ilkin biliklər və konfiqurasiya üzrə praktiki bacarıqlar üstünlük sayılır.
  • Microsoft 365, Active Directory və Domain Controller üzrə əsas biliklər.
  • Güclü troubleshooting bacarıqları, analitik düşüncə qabiliyyəti və problemi operativ diaqnostika etmək bacarığı.
  • Azərbaycan dilində səlis danışıq, ingilis dili arzuolunandır.
  • Şəbəkə inzibatçılığı sahəsində peşəkar inkişaf etməyə açıq olmaq və bu istiqamətdə biliklərini davamlı artırmaq istəyi.

Vakansiya haqqında

Son tarix

December 27, 2025

Paylaşılıb

dekabr 8, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik