Tikinti, təmir , yenidənqurma və tamamlama layihələrini planlaşdırma mərhələsindən yekunlaşanadək koordinasiya etmək;
Layihələrin əhatə dairəsi, icra qrafiki və büdcəsinə nəzarət etmək;
Podratçılar, memarlar, mühəndislər, satınalma və digər aidiyyəti struktur bölmələrlə koordinasiyanı təmin etmək;
Tikinti sahələrində işlərin gedişatını, keyfiyyətini, təhlükəsizlik tələblərinə və qüvvədə olan normalara uyğunluğunu izləmək;
Layihələr üzrə gecikmə, risk və problemləri vaxtında müəyyən etmək və həlli istiqamətində tədbirlərin görülməsini koordinasiya etmək;
Binaların, avadanlıqların və klinik təlim məkanlarının cari və profilaktik texniki xidmətini planlaşdırmaq və izləmək;
Tikinti və obyektlərin istismarı ilə bağlı icazə, yoxlama və normativ tələblərə uyğunluq proseslərini koordinasiya etmək;
Təchizatçı və podratçıların seçilməsi, tender təkliflərinin qiymətləndirilməsi və müqavilələrin idarə olunması proseslərində Satınalma şöbəsi ilə əməkdaşlıq etmək;
Rəhbərlik üçün layihələrin icra vəziyyəti, büdcə və əsas risklər barədə mütəmadi hesabatlar hazırlamaq;
Layihə sənədlərinin, qrafiklərin və digər müvafiq qeydlərin sistemli şəkildə aparılmasını təmin etmək.
Tələblər
Mühəndislik, tikintinin idarə edilməsi, memarlıq, informasiya texnologiyaları, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
Layihə meneceri və ya layihə menecerinin köməkçisi kimi iş təcrübəsi;
Tikinti, obyektlərin idarə edilməsi və ya İT infrastrukturu layihələri üzrə təcrübə;
Layihə idarəetməsi üzrə sertifikatın olması üstünlükdür;
Güclü təşkilatçılıq, planlaşdırma və eyni zamanda bir neçə layihə və prioriteti idarə etmək bacarığı;
Podratçılar, mühəndislər, rəhbərlik və digər maraqlı tərəflərlə effektiv kommunikasiya və əməkdaşlıq bacarığı;
MS Project, MS Excel və ya digər layihə izləmə və ofis proqramlarından işlək səviyyədə istifadə bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, İngilis dili üzrə işgüzar səviyyədə bilik.