Qarabağ Universitetinin Klinikası

Radiologiya üzrə texnik

Dünən

63

Təsvir

Vəzifənin təsviri:


  • Mammoqrafiya, MRT, KT və rentgen müayinələrinin müəyyən edilmiş protokollara uyğun həyata keçirilməsi.
  • Pasiyentlərin radioloji müayinələrə hazırlanması və müayinə zamanı düzgün mövqeləndirilməsi.
  • Müayinədən əvvəl pasiyentin şəxsiyyətinin, müayinə təyinatının və müayinə olunacaq nahiyənin yoxlanılması.
  • Radiasiya təhlükəsizliyi və ALARA prinsipinə uyğun olaraq şüalanma dozasının optimallaşdırılması.
  • MRT müayinələri zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi, implant və metal əşyalarla bağlı risklərin yoxlanılması.
  • Mammoqrafiya zamanı standart proyeksiyaların düzgün icrası, uyğun kompressiyanın tətbiqi və görüntü keyfiyyətinin təmin edilməsi.
  • Kontrastlı müayinələrə hazırlığın həyata keçirilməsi və kontrast injektorundan düzgün istifadə edilməsi.
  • Görüntü keyfiyyətinin qiymətləndirilməsi, artefaktların müəyyən edilməsi və aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi.
  • PACS/RIS sistemlərində müayinələrin düzgün qeydiyyatının və məlumatların idarə edilməsinin təmin edilməsi.
  • Radioloji cihazların gündəlik yoxlanılması və aşkar edilmiş nasazlıqlar barədə aidiyyəti şəxslərin məlumatlandırılması.
  • Təcili hallarda ilkin yardım və baza həyat dəstəyi (BLS) tədbirlərinin həyata keçirilməsi.

Tələblər

Namizədə tələblər:


  • Müvafiq sahə üzrə təhsil.
  • Radiologiya sahəsində ən azı 2 il iş təcrübəsi.
  • MRT, KT, mammoqrafiya və rentgen cihazları ilə işləmək üzrə bilik və praktiki bacarıq.
  • Radioloji anatomiya və əsas müayinə protokolları üzrə bilik.
  • Radiasiya təhlükəsizliyi və ALARA prinsipi üzrə bilik.
  • MRT təhlükəsizlik qaydalarını bilmək.
  • PACS/RIS sistemlərində işləmək bacarığı.
  • Pasiyentlə effektiv ünsiyyət və komandada işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

October 2, 2026

Paylaşılıb

sentyabr 2, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Səhiyyə