Landau Education Group
Ana səhifə
/
/
/
Akademik rəhbərin hesabatlılıq və layihələr üzrə müavini ( Simurq Liseyi)

Akademik rəhbərin hesabatlılıq və layihələr üzrə müavini ( Simurq Liseyi)

28-09-2026

731

Təsvir

Akademik rəhbərə akademik fəaliyyətlərin planlaşdırılması, koordinasiyası və icrasına nəzarət sahəsində dəstək göstərmək, akademik struktur bölmələri arasında effektiv koordinasiyanı təmin etmək, akademik layihə və təşəbbüsləri idarə etmək, onların nəticələri üzrə hesabatlılığı təmin etmək.


  • Akademik rəhbərin tapşırıqlarının icrasını planlaşdırmaq, koordinasiya etmək və izləmək;
  • Akademik fəaliyyətlərin ümumi icra planının hazırlanmasında akademik rəhbərə dəstək göstərmək;
  • Metod birləşmə rəhbərlərinin aylıq və həftəlik fəaliyyət planlarını koordinasiya etmək;
  • Dərs dinləmələri, monitorinqlər, məktəb ziyarətləri və digər akademik fəaliyyətlərin cədvəlini hazırlamaq və icrasını izləmək;
  • Filiallar üzrə akademik fəaliyyətlərin vaxtında və müəyyən olunmuş standartlara uyğun icrasını təmin etmək;
  • Metod birləşmə rəhbərlərinin iş bölgüsünü və iş qrafikini koordinasiya etmək;
  • Məktəb ziyarətlərinin və dərs müşahidələrinin təşkilini həyata keçirmək;
  • Akademik rəhbərə mütəmadi olaraq nəticələr və əsas göstəricilər üzrə hesabat təqdim etmək;
  • Müəllimlərin akademik və peşəkar inkişafı ilə bağlı təşkilati prosesləri əlaqələndirmək;
  • Diaqnostik, monitorinq və digər qiymətləndirmələrin hazırlanması və keçirilməsi prosesini təşkilati baxımdan koordinasiya etmək;
  • İmtahan cədvəllərinin hazırlanmasını, material dövriyyəsini və əlaqəli proseslərin vaxtında tamamlanmasını koordinasiya və nəzarət etmək;
  • Akademik nəticələrin toplanması, sistemləşdirilməsi və hesabatların hazırlanmasını təşkil etmək;
  • Akademik rəhbər üçün statistik, analitik və idarəetmə məlumatlarının hazırlanmasını təmin etmək;
  • Akademik rəhbər tərəfindən həvalə olunan layihələrin planlaşdırılmasını, icrasını və nəticələrinin izlənilməsini həyata keçirmək;
  • Layihələr üzrə məqsədləri, əsas fəaliyyətləri, icra müddətlərini və məsul şəxsləri müəyyənləşdirmək və koordinasiya etmək;
  • Layihələrin icrası zamanı kampuslar, akademik struktur rəhbərləri və digər aidiyyəti bölmələr arasında koordinasiyanı təmin etmək;
  • Layihələrin icra vəziyyətini, əsas mərhələləri, gecikmələri və riskləri izləmək, zəruri hallarda tədbirlər planının hazırlanmasını təmin etmək;
  • Layihələr üzrə mütəmadi status və yekun hesabatlar hazırlayaraq akademik rəhbərə təqdim etmək;
  • Akademik istiqamət üzrə strateji təşəbbüslərin və inkişaf layihələrinin icrasını koordinasiya etmək;




Tələblər


  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Akademik idarəetmə, təhsil və ya əlaqəli sahədə iş təcrübəsi;
  • Layihələrin planlaşdırılması, koordinasiyası və icrasının izlənilməsi üzrə praktiki bacarıqlar;
  • Microsoft Office proqramları üzrə bilik; (Xüsusilə Excel və PowerPoint ilə işləmə bacarığı);
  • Güclü təşkilatçılıq və koordinasiya bacarıqları;
  • Güclü kommunikasiya bacarıqları;
  • Səlis Azərbaycan dili, ingilis dili biliyi arzuolunandır;


Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

Son tarix

October 28, 2026

Paylaşılıb

sentyabr 28, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Təhsil