Hesablar, qaimələr, ödəniş tapşırıqlarını və digər mühasibat sənədlərini hazırlamaq, yoxlamaq və düzəlişlər etmək;
Debitor və Kreditor əməliyyatların icrası və hesabatlarının hazırlanması;
Əmək haqlarının, məzuniyyət üzrə ödənişlərin və bu kateqoriyadan olan digər ödənişlərin hesablanması və icra edilməsi;
E-taxes, E-New-taxes, Emas, E-gov, E-customs.az portallarından istifadə;
Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması. Vergi və digər Dövlət qurumları ilə yazışmaların və müzakirələrin aparılması;
Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra sturukturlarına köçürülməsinin təmin edilməsi;
Vergi, Sosial Müdafiə, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar va bəyannamələrin hazırlanması və təqdim edilməsi;
Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edilməsi və bütün əməliyyatların 1C mühasibat proqramında işlənilməsi;
Hesabatlar üçün məlumatların hazırlaması, mühasibat sənədlərinin qorunmasına nəzarətin edilməsi və gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Ali təhsil;
Müvafiq sahədə iki ildən az olmayaraq iş təcrübəsi;