Təsvir

  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
  • Yeməklərə, istifadə edilən məhsullara və onların yararlılıq müddətinə, habelə necə və hansı miqdarda istifadəsinə, saxlanmasına aid biliklərə malik olmaq və nəzarət etmək;
  • Öz işini əmək və qida təhlükəsizliyi qaydalarına və sanitariya normalarına uyğun olaraq təşkil etmək;
  • İş yerindəki bütün avadanlıqların, materialların və əşyaların təmizliyini və səmərəliliyini qorumaq;
  • Lazım olacaq ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək;
  • Aşbazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək;
  • Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsünü aparmaq;
  • Aşbaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək və onların fəaliyyətinə nəzarət etmək;
  • İşlərin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək;
  • Əməyin təşkilinin əsaslarına, əmək qanunvericiliyinin əsaslarına, daxili əmək intizamı qaydalarına, əməyin mühafizəsinin norma və qaydalarına əməl etmək.

Tələblər

  • Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli;
  • Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
  • Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməyi bacarmalı;
  • Ən azı 3 illik iş təcrübəsi;
  • Mətbəx heyətini idarə etmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Öyrənmə və özünü inkişafa, yeni üsulları və texnikaları öyrənməyə açıq və istəkli olma.


Biz nə təklif edirik:


  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 7:00 - 16:00 (həftədə 5 dəfə);
  • İş yeri: Gənclik kampusu;
  • Landau School-da uşaqların təhsilində xüsusi endirimlər.


Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

Son tarix

August 30, 2025

Paylaşılıb

iyul 31, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər