Landau Education Group
Ana səhifə
/
/
/
İnsan Resursları Sənədləşmə və Əməliyyatlar üzrə qrup rəhbəri

İnsan Resursları Sənədləşmə və Əməliyyatlar üzrə qrup rəhbəri

Dünən

59

Təsvir

  • İnsan resursları əməliyyatları komandasına rəhbərlik etmək, iş bölgüsünü aparmaq və gündəlik fəaliyyətə nəzarət etmək;
  • İşə qəbul, işdən azad olunma və struktur dəyişiklikləri üzrə İR əməliyyatlarının qanunvericiliyə uyğun icrasını təmin etmək;
  • Tələb olunan kağız və elektron formatlı şəxsi qovluqların və qeydlərin düzgün və vaxtında yaradılmasını təmin etmək;
  • İntizam tənbehi üzrə sənədləşmənin düzgün aparılmasına nəzarət etmək və hüquqi risklərin minimuma endirilməsini təmin etmək;
  • İşçilərin əmək məzuniyyətlərinin planlaşdırılmasını həyata keçirmək, qrafiklərin hazırlanmasına, istifadəsinə və balansına nəzarət etmək, müvafiq sənədləşmənin düzgün aparılmasını təmin etmək;
  • İşçilərin sosial məzuniyyətlərinin qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsini təmin etmək;
  • Əmək haqqı və digər ödənişlər üzrə məlumatların dəqiqliyini təmin etmək;
  • Aylıq, rüblük və illik hesabatları hazırlamaq və onları daxili (Mühasibatlıq) və xarici qurumlara (DSMF, Statistika, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və s.) təqdim etmək;
  • Xasiyyətnamə, arayış və digər rəsmi HR sənədlərini hazırlamaq və təqdim etmək;
  • İR əməliyyatlarında avtomatlaşdırma və optimallaşdırma imkanlarını müəyyən etmək və tətbiq etmək.

Tələblər


  • Ali təhsil​;
  • İnsan Resursları Əməliyyatları üzrə min 5 il iş təcrübəsi;
  • Minimum 1 il rəhbər və ya komanda idarəetmə təcrübəsi;
  • Daxili və xarici tərəfdaşlarla iş təcrübəsi;
  • Əmək Qanunvericiliyi biliyi;
  • Səlis Azərbaycan dili, İngilis dili biliyi arzu olunandır;
  • Microsoft Excel proqram təminatını yaxşı səviyyədə istifadə etmək bacarığı;
  • Detallara diqqət, məsuliyyətlilik və nəticə yönümlülük;
  • Güclü people management və komanda idarəetmə bacarıqları;
  • Güclü riyazi və analitik düşünmə qabiliyyəti.
  • ERP sistemləri ilə işləmə və ya onların tətbiqində iştirak təcrübəsi arzuolunandır;
  • Sistem quruculuğu və proseslərin optimallaşdırılması sahəsində arzuolunandır.


Biz nə təklif edirik:


  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
  • İş yeri: Bayıl (servis xidməti mövcuddur);
  • Həyat yığım sığortası;
  • Könüllü tibbi sığorta;
  • Uşaqlara məktəb endirimləri;
  • Push 30 proqramından 75% endirim ilə yararlanmaq imkanı;
  • Peşəkar inkişaf imkanı.


Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

Son tarix

April 18, 2026

Paylaşılıb

mart 19, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Təhsil