Landau Education Group
Ana səhifə
/
/
/
İnsan Resursları şöbəsinin rəhbəri (Leznik&CO)

İnsan Resursları şöbəsinin rəhbəri (Leznik&CO)

Bu gün

7

Təsvir

  • İnsan resursları üzrə sənədləşmə və işə qəbul istiqamətlərinin vahid idarəetmə modeli əsasında təşkil edilməsi və nəzarətdə saxlanılması;
  • İnsan resursları üzrə bütün əməliyyat proseslərinə ümumi rəhbərliyin həyata keçirilməsi və bu proseslərin Azərbaycan Respublikasının əmək qanunvericiliyinə tam uyğunluğunun təmin edilməsi;
  • Təşkilatın kadr ehtiyaclarının sistemli təhlili əsasında işə qəbul strategiyasının hazırlanması və həyata keçirilməsinə rəhbərlik edilməsi;
  • Kadr uçotu, sənədləşmə və əmək münasibətlərinin tənzimlənməsi üzrə prosedurların qurulması, tətbiqi və davamlı təkmilləşdirilməsi;
  • Əmək müqavilələri, əmrlər və digər hüquqi əhəmiyyətli sənədlərin hazırlanması prosesinə nəzarətin təşkili və risklərin minimallaşdırılması;
  • Vəzifə təsvirlərinin və vakansiya tələblərinin biznes ehtiyaclarına uyğun, dəqiq və standartlara uyğun şəkildə formalaşdırılmasına nəzarət edilməsi;
  • İnsan Resursları əməliyyatlarının effektivliyinin artırılması məqsədilə daxili nəzarət mexanizmlərinin və standart əməliyyat prosedurlarının formalaşdırılması;
  • Müvafiq dövlət qurumları ilə münasibətlərin idarə olunması və məcburi hesabatlılıq öhdəliklərinin vaxtında və düzgün icrasına nəzarət edilməsi;
  • Namizəd cəlbi mənbələrinin effektivliyinin təmin edilməsi və namizəd axınının strukturlaşdırılmış şəkildə idarə olunması;
  • Seçim proseslərinin vahid metodologiya əsasında qurulması (screening, strukturlaşdırılmış müsahibələr, qiymətləndirmə) və icrasına nəzarət edilməsi;
  • İşə qəbul proseslərində vahid standartların və qiymətləndirmə meyarlarının tətbiqinə nəzarət edilməsi.

Tələblər


  • Ali təhsil​;
  • İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi;
  • Minimum 1-2 il rəhbər təcrübəsi vacibdir;
  • İşə qəbul strategiyası və insan resursları əməliyyatlarının icrası üzrə praktiki təcrübə;
  • Səlis Azərbaycan dili, İngilis dili biliyi arzu olunandır;
  • Microsoft Excel proqram təminatını yaxşı səviyyədə istifadə etmək bacarığı;
  • Detallara diqqət, məsuliyyətlilik və nəticə yönümlülük;
  • Analitik düşünmə, qərarvermə və liderlik bacarıqları;
  • Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları.


Biz nə təklif edirik:


  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • Uşaqlara təhsil endirimləri.


Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

Son tarix

May 22, 2026

Paylaşılıb

aprel 21, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Təhsil