Məktəb binasına buraxılışa nəzarət etmək, kənar şəxslərin binaya daxil olması ilə bağlı müvafiq vəzifəli şəxsə məlumat vermək. Zərurət olduğu halda məlumat və icazə alınması məqsədilə məktəbin rəhbərliyinə müraciət etmək;
Nəzarət kameraları vasitəsilə obyektin daimi monitorinqini aparmaq;
Şübhəli halların və qayda pozuntularının vaxtında aşkarlamaq və rəhbərliyə bildirmək;
Kamera sistemlərinin işlək vəziyyətinə nəzarət etmək;
Kənar (üçüncü) şəxslərin, habelə valideynlərin icazəsiz binaya daxil olmasına imkan verməmək;
Məktəbin əmlakını və bütün növ inventarlarını nəzarətdə saxlamaq, qorumaq və zərurət yarandıqda inventar sayımınında iştirak etmək;
Şəxslərin məktəb ərazisində bir-birilərinə münasibətdə təhlükəsiz davranışına nəzarət etmək, münaqişə yarandıqda qarşısını almaq, məktəb daxilində digər nizam-intizam qaydalarının pozulmasını müəyyən etdikdə bu barədə birbaşa rəhbərinə məruzə etmək;
Fövqəladə hallar zamanı Yanğından mühafizə və texniki-təhlükəsizlik qaydaları haqqında təlimata (LS-AD-T-03) uyğun olaraq “Yanğın Marşal”ının vəzifəsini öz üzərinə götürmək və tam dəqiqliklə icra etmək;
Birbaşa rəhbərin müvafiq göstərişlərini yerinə yetirmək;
Məktəbin həyata keçirdiyi ictimai-mədəni tədbirlərdə iştirak etmək.
Tələblər
Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
Müşahidə sistemləri ilə işləmə bacarığı;
Orta səviyyədə rus və azərbaycan dilləri biliyi.
Biz nə təklif edirik:
İş yeri: LANDAU School Zabitlər kampusu;
6 günlük qrafik;
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
Landau School-da uşaqların təhsilində xüsusi endirimlər.