LANDAU Education Group
Ana səhifə
/
/
/
Mühasib (Satış əməliyyatlarının uçotu üzrə)

Mühasib (Satış əməliyyatlarının uçotu üzrə)

10-01-2025

885

Təsvir

LANDAU School üçün Mühasib (Satış əməliyyatlarının uçotu üzrə) axtarışındayıq. Qeyd olunan vəzifə üçün tələblərimiz aşağıdakı kimidir:


  • Gündəlik olaraq debitor ödənişlərinin 1C proqramında və excel fayllarında qeydiyyatı;
  • Aylıq olaraq debitor borclarının hesablanması və proqramda qeydiyyatı;
  • İnternet bankinq vasitəsilə köçürmə əməliyyatlarının icrası;
  • Gündəlik gələn sorğuların araşdırılıb cavablandırılması;
  • Ehtiyaclara uyğun avtomatlaşdırılmış excel cədvəllərinin qurulması;
  • Hesab-fakturaların, hesabdan çıxarışların hazırlanması;
  • Gündəlik olaraq hesab qalıqlarına nəzarət və doğruluğunun təmin edilməsi;
  • Problemləri aşkarlamaq, onların həlli üçün təkliflərin verilməsi;
  • Bütün baş verən əməliyyatların 1C Mühasibatlıq proqramında qeydiyyatı.


Tələblər


  • Sahə üzrə ali təhsil;
  • Mühasibat uçotu bilikləri;
  • Elektron portallarla sərbəst işləmə bacarığı;
  • 1C Mühasibatlıq proqamında sərbəst işləmə bacarığı;
  • Analitik düşüncə qabiliyyəti;
  • Yüksək səviyyədə excel biliyi;
  • Axtarış etmə qabiliyyəti;
  • İngilis dili, rus dili bilikləri arzuolunandır.



Biz nə təklif edirik:


  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
  • İş yeri: Bayıl (servis xidməti mövcuddur);
  • Könüllü tibbi sığorta;
  • Uşaqlara məktəb endirimləri;
  • Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
  • Peşəkar inkişaf imkanı.


Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

Son tarix

fevral 19, 2025

Paylaşılıb

yanvar 10, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Təhsil