Tredu şirkətində Partnyorlarla iş üzrə mütəxəssis məktəblər və partnyorlarla əlaqələrin qurulmasını və idarə olunmasını təmin edir. Məqsəd məktəblərlə sıx əməkdaşlıq edərək dərsdənkənar proqramların uğurla həyata keçirilməsini və keyfiyyətli tərəfdaşlıq mühitinin yaradılmasını təmin etməkdir.
- Məktəb rəhbərliyi, koordinatorlar və müəllim heyəti ilə müntəzəm ünsiyyət saxlamaq, əməkdaşlıq şəraitini gücləndirmək;
- Tredu-nu məktəblərdə təmsil etmək, məktəblərin ehtiyaclarını və gözləntilərini dinləmək;
- Vendorlarla əlaqə qurmaq, cədvəl uyğunluğuna və proqram keyfiyyətinə nəzarət etmək;
- Proqramların məktəbdə düzgün və vaxtında həyata keçirilməsini təşkil etmək (məkan, material, davamiyyət və s.);
- Müntəzəm olaraq məktəblərdən rəy toplamaq və bu rəyə əsasən təkliflər hazırlamaq;
- Dərs cədvəlləri, elanlar və yenilikləri Tredu platforması üzərindən paylaşmaq;
- Tərəfdaşlarla müqavilələrin icrasına nəzarət etmək, yarana biləcək məsələləri vaxtında həll etmək.