Landau Education Group
Ana səhifə
/
/
/
Psixoloji xidmətlər üzrə məsləhətçi (Landau school - Hazırlıq Məktəbi)

Psixoloji xidmətlər üzrə məsləhətçi (Landau school - Hazırlıq Məktəbi)

06-06-2026

80

Təsvir

  • Şagirdlərin dərs və dərsdənkənar mühitdə, o cümlədən adaptasiya dövründə psixoloji müşahidəsinin aparılması;
  • Müraciət əsasında şagirdlərin idrak, emosional-iradi və şəxsiyyət xüsusiyyətlərinin psixoloji diaqnostikasının həyata keçirilməsi;
  • Şagirdlər arasında yaranan çətinliklərin (emosional, davranış, sosial) müəyyən edilməsi və uyğun psixoloji dəstəyin göstərilməsi;
  • Zorakılığın qarşısının alınması, münaqişələrin həlli, kommunikasiya bacarıqlarının inkişafı mövzularında psixoloji təlim və məşğələlərin təşkili;
  • Valideynlərə, müəllimlərə və məktəb rəhbərliyinə şagirdlərlə effektiv ünsiyyət və dəstək strategiyalarının qurulması üzrə psixoloji məsləhətlərin verilməsi;
  • Şagirdlərin maraq və meyllərinin müəyyən edilməsi və onların peşə yönümlü inkişafına dəstək göstərilməsi;
  • Valideynlər üçün maarifləndirici təlim və görüşlərin (məktəb psixoloqunun rolu, bullinq və s.) təşkili və keçirilməsi;
  • Görülən işlər üzrə müvafiq sənədləşmə və hesabatların hazırlanması və təqdim edilməsi;
  • Müəllimlərin psixoloji rifahının dəstəklənməsi məqsədilə fərdi məsləhətlərin verilməsi.

Tələblər

  • Psixologiya, Sosiologiya və ya Sosial İş ixtisası üzrə ali təhsil;
  • Yeniyetmələrlə iş və ya yeniyetmə psixologiyası sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı;
  • Valideyn və şagirdlərlə effektiv ünsiyyət qurmaq bacarığı;
  • Psixoloji konsultasiya və diaqnostika aparmaq bacarığı;
  • Empatiya, dinləmə və müşahidə bacarığı;
  • Münaqişələrin həlli və stressə davamlılıq;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı. 


Biz nə təklif edirik:


  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 08:00-17:00 (həftədə 5 dəfə);
  • Peşəkar inkişaf imkanları;
  • Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
  • Uşaqlara məktəb endirimləri.
  • İş yeri: Landau school 9-11 Hazırlıq Məktəbi, Gənclik.

Vakansiya haqqında

Son tarix

July 30, 2026

Paylaşılıb

iyun 6, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Dövlət və sosial xidmətlər