Landau Education Group
Ana səhifə
/
/
/
Sosial media üzrə mütəxəssis

Sosial media üzrə mütəxəssis

Bu gün

194

Təsvir


  •  Instagram və Facebook platformalarında müxtəlif biznes bölmələrinə aid səhifələr üzrə mesajların, şərhlərin və sorğuların idarə edilməsi və cavablandırılması;
  • Daxil olan e-poçtların və rəqəmsal sorğuların qəbul edilməsi, zərurət olduqda müvafiq komandalara yönləndirilməsi;
  • Bütün sosial media və kommunikasiya kanallarında vahid və ardıcıl brend üslubunun qorunması;
  • Şagird qəbulu və Marketinq komandaları ilə sıx əməkdaşlıq edərək qeydiyyat və kommunikasiya məqsədlərinin dəstəklənməsi;
  • Tez-tez verilən sualların və təkrarlanan müraciətlərin izlənməsi, kommunikasiya proseslərinin və cavab keyfiyyətinin təkmilləşdirilməsi;
  • Bütün cavabların şirkət standartlarına, dəyərlərinə və təsdiqlənmiş kommunikasiya qaydalarına uyğunluğunun təmin edilməsi.

Tələblər


  • Ali təhsil (Marketinq, Kommunikasiya və ya oxşar sahə üzrə);
  • Sosial media idarəçiliyi və ya rəqəmsal kommunikasiya sahəsində 1–3 il iş təcrübəsi;
  • Instagram və Facebook biznes hesablarının, xüsusilə bir neçə səhifənin eyni vaxtda idarə edilməsi təcrübəsi;
  • Azərbaycan, ingilis və rus dilləri üzrə yazılı səviyyədə sərbəst danışıq apara bilmə;
  • Mehriban, həll yönümlü və müştəriyönümlü düşüncə tərzi.


Biz nə təklif edirik:


  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
  • İş yeri: Bayıl (servis xidməti mövcuddur);
  • Könüllü tibbi sığorta;
  • Həyat yığım sığortası;
  • Push30 proqramından 75% endirim ilə istifadə etmək imkanı;
  • Uşaqlara məktəb endirimləri;
  • Peşəkar inkişaf imkanları.


Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

Son tarix

February 18, 2026

Paylaşılıb

yanvar 9, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Təhsil