Landau Education Group
Ana səhifə
/
/
/
Strategiya və layihələrin idarə olunması üzrə mütəxəssis

Strategiya və layihələrin idarə olunması üzrə mütəxəssis

Bu gün

732

Təsvir

  • Strateji təşəbbüslər və layihələr üzrə məlumatları toplamaq, sistemləşdirmək və icra vəziyyətini izləmək;
  • İllik və orta müddətli strateji planların hazırlanması üçün tələb olunan məlumatların və analitik materialların hazırlanmasına dəstək göstərmək;
  • Layihələrin vaxt, büdcə, əhatə dairəsi və nəticə göstəricilərini izləmək, kənarlaşmaları müəyyən etmək və aidiyyəti tərəflərlə dəqiqləşdirmələr aparmaq;
  • Layihə planlarının, fəaliyyət cədvəllərinin, status hesabatlarının və digər layihə sənədlərinin hazırlanmasını və yenilənməsini həyata keçirmək;
  • Layihə risklərini, gecikmələri və icra zamanı yaranan məsələləri qeydiyyata almaq, onların izlənilməsini və vaxtında eskalasiya olunmasını təmin etmək;
  • Strateji və layihə göstəriciləri üzrə dövri hesabatlar, analitik cədvəllər və rəhbərlik üçün təqdimat materialları hazırlamaq;
  • Layihə və təşəbbüslər üzrə məlumatların düzgünlüyünü, tamlığını və aktuallığını yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar üzrə düzəlişlərin aparılmasını izləmək;
  • Trendlər, mövcud bazar dinamikası, rəqib təhlili və müştəri fikirləri barədə təhlil aparmaq və məlumat toplamaq;
  • Layihə idarəetmə prosedurlarının, hesabat formatlarının və iş axınlarının tətbiqinə dəstək göstərmək, təkmilləşdirmə üzrə təkliflər hazırlamaq;
  • Strateji təşəbbüslərin və layihələrin icrası üzrə görüşlərin təşkili, qərarların və fəaliyyətlərin qeydiyyatı və sonrakı izlənilməsini həyata keçirmək;
  • Digər bölmə və şöbələrlə koordinasiyalı şəkildə əməkdaşlıq etmək və layihə və strategiya üzrə tələb olunan məlumatların vaxtında təqdim olunmasını təmin etmək.

Tələblər

  • Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Maliyyə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Strategiya, layihələrin idarə olunması, biznes analitikası və ya müvafiq sahə üzrə 1–2 il iş təcrübəsi;
  • Güclü analitik düşünmə və problem həll etmə bacarıqları;
  • Böyük həcmli məlumatları toplamaq, sistemləşdirmək, təhlil və təqdim etmək, detallara və dəqiqliyə yüksək diqqət yetirmək bacarığı;
  • Xüsusilə Microsoft Excel və PowerPoint olmaqla, Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Mürəkkəb məlumatları aydın, strukturlaşdırılmış və yığcam şəkildə təqdim etmək, həm yazılı, həm də şifahi effektiv kommunikasiya bacarıqları;
  • Rus dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı üstünlükdür;
  • Strategiya konsaltinqi, biznes təhlili, strateji planlaşdırma və ya korporativ strategiya sahəsində iş təcrübəsi üstünlük hesab olunur.


Biz nə təklif edirik:


  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • Həyat yığım sığortası;
  • Könüllü tibbi sığorta;
  • Uşaqlara məktəb endirimləri;
  • Push 30 proqramından 75% endirim ilə yararlanmaq imkanı;
  • Peşəkar inkişaf imkanı.


Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

Son tarix

December 3, 2026

Paylaşılıb

noyabr 3, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə