Landau Education Group
Ana səhifə
/
/
/
Texniki dəstək üzrə kiçik mütəxəssis (Simurq Liseyi)

Texniki dəstək üzrə kiçik mütəxəssis (Simurq Liseyi)

Bu gün

23

Təsvir

  • Kompüter, noutbuk, printer, skaner, proyektor və digər ofis avadanlıqlarının ilkin texniki dəstəyinin göstərilməsi, təmiri və davamlı fəaliyyətinin təmin edilməsi;
  • Satınalınmış yeni avadanlıqların struktur bölmələr üzrə bölüşdürülməsi, quraşdırılması, konfiqurasiyası və istismara verilməsi;
  • Avadanlıqların diaqnostikasının aparılması və mümkün hallarda nasaz komponentlərin dəyişdirilməsi;
  • Şəbəkə printerlərinin quraşdırılması, istifadəçilərin qoşulması, printer, faks və surətçıxaran aparatlara texniki xidmətin göstərilməsi;
  • İşçi stansiyalarının, müxtəlif lokasiyalarda istismarda olan kompüter, server və şəbəkə avadanlıqlarının fəaliyyətinə profilaktik nəzarət edilməsi;
  • İstifadəçilərdən (və digər struktur bölmələrdən) daxil olan texniki sorğuların qəbulu, Ticketing sistemi vasitəsilə qeydiyyatı, prioritetləşdirilməsi və prosedur qaydalara uyğun müddət çərçivəsində həlli;
  • Müəssisəyə aid lokasiyalarda istifadəçi problemlərinin yerində və ya şirkət daxili istismar olunan remote access (uzaqdan qoşulma) vasitəsilə məsafədən operativ həlli;
  • Əməliyyat sistemləri, proqram təminatları, həmçinin Outlook, Teams, OneDrive və digər korporativ tətbiqlərlə bağlı dəstəyin göstərilməsi;
  • Həlli əlavə ekspertiza tələb edən mürəkkəb problemlərin sistem inzibatçıları və ya aidiyyatı əməkdaşlara eskalasiya edilməsi.


Tələblər

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahələr üzrə ali ixtisas təhsili;
  • Texniki dəstək və ya Helpdesk sahəsində minimum 1 il iş təcrübəsi;
  • Təcrübə proqramlarında, könüllü layihələrdə və ya laborator mühitlərdə əldə olunmuş praktiki təcrübə (üstünlükdür).
  • Azərbaycan dili yüksək səviyyədə, ingilis dili texniki sənədləri oxuma və anlama bacarığı arzuolunandır, rus dili arzuolunandır;
  • Windows 10 və Windows 11 əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası və problemlərinin həlli;
  • Microsoft Office və Microsoft Outlook proqramları ilə işləmə və problemlərin həlli bilikləri;
  • TCP/IP, DNS, DHCP və şəbəkə əsasları üzrə ilkin bilikləri;
  • LAN və Wi-Fi problemlərinin diaqnostikası, həmçinin əsas diaqnostika alətlərindən istifadə bacarığı;
  • Sahə üzrə beynəlxalq sertifikatların olması üstünlükdür ( CompTIA A+ / CompTIA Network+ , Microsoft 365 Fundamentals (MS-900) / Azure Fundamentals (AZ-900).


Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

Son tarix

July 24, 2026

Paylaşılıb

iyun 23, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik