Landau Education Group
Ana səhifə
/
/
/
Xaricdə təhsil üzrə texniki koordinator (Leznik&Co.)

Xaricdə təhsil üzrə texniki koordinator (Leznik&Co.)

30-10-2025

9K

Təsvir

- Şirkət haqqında məlumatların qəbulunu və ötürülməsini təmin etmək (telefon, elektron poçt, birbaşa müştəri ilə ünsiyyət);

- Tələbələrin universitetlərə və yataqxanalara müraciətlərini və sənədləşmə proseslərini heyata keçirmək;

- Telegram üzərindən müştəri ilə iş qrupunun yaradılması, gündəlik izlənilməsi və sorğuların gün ərzində cavablandırılması;

- Tələbənin beynəlxalq imtahanlara qeydiyyatın aparılması;

- Ərizə qəbulu müddətinə əsasən, universitet portalında tələbə üçün şəxsi hesabın açılması və aktivləşdirilməsi;

- Ərizə formasının doldurulması və Baş koordinator tərəfindən yoxlanıldıqdan sonra təsdiq edilməsi;

- Ərizə forması təsdiqindən sonra tələbələrin e-mail və universitet portallarının yoxlanılması;

- Zəruri hallarda universitetin sorğusuna və qoyduğu müddətə əsasən sənədlərin göndərilməsi;

- Müvafiq məlumatların tələbənin şəxsi hesablarına daxil edilməsi;

- Lazımi təqdirdə sənədlərin tərcümə işlərinin və notarial təsdiqin sifarişi;

- Xaricdə təhsil departamentinin bütün xidmət və fəaliyyətlərini effektiv şəkildə icra etmək;

- Xarici universitetləri ilə partnyorluq əlaqələrini müntəzəm şəkildə genişləndirmək;

- Xaricdə təhsil ilə bağlı yenilikləri araşdırmaq və bu yenilikləri vaxtında tətbiq etmək;

- Rəhbərliyin tələb etdiyi dövri hesabatlar hazırlamaq;

- Şirkətin daxili qaydalarına və prosedurlarına riayət etmək.

Tələblər

- Ali təhsil;

- İngilis dili - sərbəst danışıq və qrammatik düzgün yazının olması;

- Rus dili - böyük üstünlükdür

- Bu sahədə təcrübə - mütləqdir

- Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil;

- Satış bacarığı;

- Sorğuların operativ cavablandırılması qabiliyyəti;

- Kompüter bilikləri: MS Office proqramları;

- Təşkilatçılıq qabiliyyəti;

- Zamanın idarə olunması.


Təqdim etdiyimiz iş şərtləri:


- Leznik&Co. ofisində individual iş yeri;

- Stabil, gecikməyən əmək haqqı;

- Mütəmadi təlimlər;

- İş qrafiki: 6 günlük iş rejimi

 I - V günlər 10:00 - 18:00 aralığında (nahar fasiləsi daxil olmaqla), şənbə günləri isə 9:00 - 14:00 aralığı.

Vakansiya haqqında

Son tarix

December 9, 2025

Paylaşılıb

oktyabr 30, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə