Mətanət A Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Anbardar - 1C Operatoru (Qaradağ ərazisi)

Anbardar - 1C Operatoru (Qaradağ ərazisi)

Bu gün

9

Təsvir

  • Hazır məhsulların qəbulu, uçotu və düzgün yerləşdirilməsini təmin etmək.
  • Məhsulların sənədlərə uyğunluğunu (miqdar və keyfiyyət baxımından) yoxlamaq.
  • Məhsulların anbarda qruplaşdırılmasını və təhlükəsizlik qaydalarına uyğun şəkildə saxlanılmasını təşkil etmək.
  • Müəyyən edilmiş sifarişlərə əsasən məhsulların yüklənməsi və təhvil-təslimi prosesində iştirak etmək.
  • Gündəlik məhsul hərəkətinin qeydiyyatını aparmaq (giriş, çıxış, qalıq miqdar).
  • Sənədlərin (qaimələr, aktlar, fakturalar və s.) düzgün və vaxtında tərtib olunmasına nəzarət etmək.
  • Anbarda təmizlik, nizam-intizam, məhsulların salamatlığını qorumaq və təhlükəsiz vəziyyətdə saxlanılmasını təmin etmək.
  • Məhsulların saxlanma şəraitinə nəzarət etmək (rütubət, temperatur və s.).
  • Müəyyən edilmiş dövrlərdə inventarizasiya prosesində iştirak etmək.
  • Rəhbərliyə anbar qalığı, zədələnmiş, yararsız, vaxtı bitməsinə az qalan məhsullar və digər problemlər barədə məlumat vermək.
  • Yükləmə-boşaltma işlərinin təşkili və nəqliyyat vasitələrinin düzgün yüklənməsinə nəzarət etmək.
  • Yükləmə və boşaltma işləri zamanı texniki təhlükəsizlik qaydalarına əməl etmək.
  • Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Təhsil: Ali və ya orta təhsil;
  • İş təcrübəsi: Minimum 3 il;
  • Kompüter bilikləri: MS Office bilikləri, 1C 8.3 və digər anbar proqramları;
  • ERP sertifikatı arzuolunandır;


İş şəraiti;

  • İş saatları: 08:00 - 17:00;
  • İş qrafiki: 6 gün, 1 gün istirahət;
  • İş yeri: Qaradağ Hazır Məhsul Anbarı.


Biz nə təklif edirik:

  • Əmək haqqı (Razılaşma yolu ilə);
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.


Vakansiya haqqında

Son tarix

September 17, 2026

Paylaşılıb

avqust 18, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat