Mətanət A Şirkətlər Qrupu

Anbardar köməkçisi

19-06-2025

520

Təsvir

  • Hazır məhsulların qəbulu, uçotu, düzgün yerləşdirilməsi.
  • Məhsulun sənədlərlə uyğunluğunu (miqdar və keyfiyyət baxımından) yoxlamaq.
  • Məhsulun anbarda qruplaşdırılması və təhlükəsizlik qaydalarına uyğun şəkildə saxlanmasını təşkil etmək.
  • Müəyyən edilmiş sifarişlərə əsasən məhsulların yüklənməsi və təhvil-təslimi prosesində iştirak etmək.
  • Gündəlik məhsul hərəkətinin qeydiyyatını aparmaq (giriş, çıxış, qalıq miqdar).
  • Sənədlərin (qaimələr, aktlar, fakturalar və s.) düzgün və vaxtında tərtib olunmasına nəzarət.
  • Anbarda təmizlik, nizam-intizam, məhsulların salamatlığını qorumaq və təhlükəsiz vəziyyətdə saxlanması.
  • Məhsulun saxlanma şəraitinə nəzarət edilməsi (rütubət, temperatur və s.).
  • Müəyyən edilmiş dövrlərdə inventarizasiya prosesində iştirak etmək.
  • Rəhbərliyə anbar qalığı, zədələnmiş, yararsız, vaxtı bitməsinə az qalan məhsullar və digər problemlər barədə məlumat vermək.
  • Yükləmə-boşaltma işlərinin təşkili, nəqliyyat vasitələrinin düzgün yüklənməsinə nəzarət etmək.
  • Yükləmə və boşaltma işləri zamanı texniki təhlükəsizlik qaydalarına əməl edilməsi

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil
  • Anbardar vəzifəsində ən az 1 il iş təcrübəsi 
  • MS Office bilikləri və 1C 8.3
  • Komandada işləmək bacarığı
  • Ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan 


Təminatlar,


  • Qidalanma və nəqliyyat şirkət tərəfindən təmin edilir
  • Karyera yüksəlişi


Vakansiya haqqında

Son tarix

July 23, 2025

Paylaşılıb

iyun 19, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat