Mətanət A Şirkətlər Qrupu

Aparıcı reklam mütəxəssisi

17-06-2025

49

Təsvir

Ayrı-ayrı brendlər üçün reklam ssenarilərinin və ya briflərin hazırlanmasını təşkil etmək;

Hazırlanmış ssenarilərin keyfiyyətini təmin etmək və brendlərin məqsədlərinə uyğunlaşdırmaq;

Reklam çarxlarının çəkilişi və post-prodakşn proseslərini təşkil etmək;

Çarxların büdcə çərçivəsində hazırlanmasını və effektiv yayımını təmin etmək;

Reklam kampaniyalarının ilkin və yekun nəticələrinə dair monitorinq və hesabatlar hazırlamaq;

Qlobal və yerli bazarda yeni reklam tendensiyalarını izləmək və təhlil etmək;

Müasir reklam vasitələrini şirkət strategiyasına uyğun tətbiq etmək;

Rəhbərlik və digər şöbələrdən daxil olan reklam tələblərinə uyğun layihələr hazırlamaq və icra etmək;

Müxtəlif departamentlərlə koordinasiya edərək reklam ehtiyaclarını effektiv şəkildə qarşılamaq;

Reklam materiallarının hazırlanmasında kreativ qrupa dəstək vermək;

Rəqəmsal reklam kampaniyaları üçün kontentin hazırlanmasını təmin etmək.


İş şəraiti:


İş yeri: Luxen Plaza;

İş qrafiki: 5 günlük;

İstirahət: Şənbə və bazar günü;

Korporativ nömrə; 

Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

Tələblər

Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahədə ali təhsil;

Reklam sahəsində minimum 3 illik iş təcrübəsi;

Yüksək Azərbaycan dili biliyi, İngilis və Rus dilləri arzuolunandır.

Vakansiya haqqında

Son tarix

July 16, 2025

Paylaşılıb

iyun 17, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı