A

Baş Mexanik

  • Qaradağ, Azərbaycan
  • Tam ştat

27-12-2024

730

Bağlanılıb

Təsvir

Avadanlıq, qurğular, maşın və mexanizmlərin fasiləsiz və texniki cəhətdən düzgün işləməsini təmin etmək, onların saz vəziyyətdə və tələb olunan səviyyədə saxlanmasını təşkil etmək.

Avadanlıq və qurğuların, maşın və mexanizmlərin baxış, sınaq və profilaktik təmir işlərini yüksək standartlara uyğun təşkil etmək, işlərin texniki hazırlığını təmin etmək.

Mexaniki problemlərin növlərini və yaranma səbəblərini aşkar etmək, analiz aparmaq, təkliflər hazırlamaq və onların icrasını təmin etmək.

Şöbə işçiləri arasında iş bölgüsünü düzgün və səmərəli şəkildə aparmaq.

Təmir və texniki xidmət zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına tam riayət edilməsini təmin etmək.

Avadanlıq, qurğular, maşın və mexanizmlərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə səmərələşdirici təkliflərə baxış keçirmək, tətbiqini təmin etmək.

Zavodun günlük, aylıq, rüblük və illik baxış planını hazırlamaq, onların avtomatlaşdırılmış proqram təminatını həyata keçirmək.

Maddi və texniki vəsaitlərin səmərəli istifadəsinə və təqdim edilən hesabatların düzgünlüyünə görə cavabdehlik daşımaq.

Avadanlıqlara ehtiyac duyulan ehtiyat hissələrinin bazasını formalaşdırmaq, sifarişlərin vaxtında verilməsini təşkil etmək, alınan ehtiyat hissələrinin düzgün anbar təminatına nəzarət etmək.

Tabeçiliyində olan işçi heyətə və təmir xidməti göstərən işçilərə rəhbərlik etmək, onların bilik və ixtisas səviyyəsinin artırılması üçün tədbirlər həyata keçirmək.

Təmir və texniki xidmət işlərini digər hissələri zədələmədən və istehsalçının təmir texnologiyalarına uyğun icra etmək.

Daxili prosedurlara və intizam qaydalarına tam riayət etmək.

Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək.

Tələblər

Mexanika və ya maşınqayırma üzrə Mühəndislik sahəsindən Ali Bakalavr təhsili;

MS office və 1C proqramlarından istifadə bacarığı;

Mexaniki təmir işləri və planlama üzrə 5 il iş təcrübəsi.


İş şəraiti:


İş yeri: Qaradağ rayonu, Bakı-Qazax şossesi, Ağdağ gips zavodu

İş qrafiki: 6 günlük

Nahar və servis şirkət tərəfindən təmin edilir.

Əmək haqqı Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır. 


Vakansiya haqqında

Son tarix

February 5, 2025

Paylaşılıb

dekabr 27, 2024

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Bakalavr

Kateqoriya

Digər