Mətanət A Şirkətlər Qrupu

Dağ-mədən mühəndisi

26-01-2026

21

Təsvir

  • Faydalı qazıntı yataqlaırnın istismarına nəzarət edilməsi;
  • Faydalı qazıntı yataqların ümumi fəaliyyətinin istiqamətləndirilməsi və əlaqələndirilməsi;
  • Faydalı qazıntı yataqların istismar planının hazırlanmasına, planlaşdırılmış müddətlərdə keyfiyyətli məhsulun istehsalına nəzarət edilməsi;
  • Faydalı qazıntı yataqlarda gündəlik istehsalatın, qəbul olunan xammal mal-materiallar və müxtəlif ləvazimatların hesabatının hazırlanması, həmçinin həmin hesabatların qəbul edilməsi;
  • Mövcud avadanlıqlara və nəqliyyat vastiələrinə vaxtı-vaxtında qulluq edilməsinə nəzarət edilməsi;
  • İşçiləri üçün təhlükəsiz əmək şəraitinin yaradılması və işçilər tərəfindən əməyin təhlükəsizliyi tələblərinə riayət eilməsinin təşkil edilməsi və buna nəzarət edilməsi;
  • İşlərin görülməsi zamanı ətraf mühitin qorunmasına yönəlmiş və dağ-mədən işlərinə dair ölkədə mövcud tələblərə riayət edilməsi;
  • Birbaşa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
  • Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi;
  • Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi;
  • Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi;
  • Müəssisədaxili intizam qaydalarına, prosedur və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyenya norma və qaydalarına riayəet edilməsi;
  • Bu vəzifə təlimatı ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların təqdim edilməsi;
  • Dağ-mədən işlərinin təşkilində və ləğvində iştirak etmək;
  • Uçotların aparılması və lazımi hesabatların hazırlanması.

Tələblər

  • Təhsil: Ali;
  • Yaş həddi: 30-55;
  • İş təcrübəsi: 5 ildən yuxarı;
  • Ölkə daxili və xarici ezam;
  • Kompüter biliyi: MS Office, AutoCad və digər xəritəalma proqramları;


Şəxsi keyfiyyətlər

  • Məsuliyyətlilik;
  • İşə planlı yanaşma;
  • Fikrini izah etmək qabiliyyəti;
  • Detallara diqqətli yanaşma.


İş şəraiti:

  • İş yeri: Azvul Istehsalat Müəssisəsi;
  • İş qrafiki: 5 günlük;
  • İstirahət: Şənbə və bazar günləri;
  • Əmək haqqı: Biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik.

Vakansiya haqqında

Son tarix

February 27, 2026

Paylaşılıb

yanvar 26, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər