Ətraf mühitin mühafizəsi sahəsində müvafiq tedbirlər planının işlanməsi, bu tedbirlərin yerinə yetirilməsi və hesabatların hazırlanması üzrə müvafiq işlərin görülmesində iştirak etmek;
Qeyri-filiz faydalı qazıntı yataqları və istehsal müəssisələri sahəsində ətraf mühitə ve sosial sahəyə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə müvafiq işlərin yerinə yetirilməsini temin etmek;
Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinin, eyni zamanda beynalxalq standartların va aidiyyəti normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə yönəldilmiş müvafiq tədbirlərin görülməsində iştirak etmək;
Dövri olaraq müəssisələr daxili və istismar karxanalarında ekoloji monitorinqin keçirilməsində və nəticələrinə dair hesabatın hazırlanmasında iştirak etmək, monitorinq zamanı aşkarlanan uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;
İstehsalat prosesləri zamanı ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə tədbirlərin görülməsində və mütəmadi nəzarət edilməsini həyata keçirmək;
Tikinti sahəsində fəaliyyət göstərən podratçı şirkətlərin aidiyyəti üzrə məsul şəxslərinin əhəmiyyətli ekoloji aspektlərlə və daxili qaydalarla tanış edilməsini təşkil etmək;
İstehsal müəssisələrində və qeyri-filiz faydalı qazıntı yataqlarında formalaşan təhlükəli tullantılar üzrə müvafiq məlumatların toplanması, müvəqqəti saxlanma sahəsində saxlanılmasının və daşınmasının təşkil edilməsi;
Atmosferə zərərli maddələrin atılmasının, yerüstü su mənbələrinə axıntı sularının axıdılmasına və texnoloji proseslərdə axıntı sularının təmizlənməsi zamanı əmələ gələn bərk tullantıların, eyni zamanda qaz-toz tutucu qurğularının dövri olaraq dəyişdirilən filtrlərinin poliqonlarda yerləşdirilməsinin normativ layihə sənədləri və müvafiq qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilməsi üzrə işlər görülməsini təmin etmək;
Səlahiyyətləri çərçivəsində toksiki və qeyri-toksiki, radioaktiv tullantıların əmələ gəlməsinə, basdırılmasına və zərərsizləşdirilməsinə nəzarətin həyata keçirilməsi üzrə işlərin görülməsində planlaşdırmaq;
Ətraf mühitə zərərli fiziki təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına nəzarətin həyata keçirilməsini təmin etmək;
Təhlükəli, sənaye və məişət mənşəli tullantıların idarə olunmasının ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji təhlükəsizlik tələblərinə uyğun şəkildə təşkil edilməsini təmin etmək;
Dövlət orqanı tərəfindən planlaşdırılmış yoxlamaların keçirilməsində iştirak etmək və uyğunsuzluqların aradan götürülməsini təmin etmək;
Ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsi, ekoloji şəraitin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin təşkili və nəzarəti üzrə işləri təmin etmək;
Zərərli ekoloji aspektlərin əhəmiyyətinin azaldılması üzrə proqramların işlənib hazırlanmasını təmin etmək;
İstehsal müəssisələrinin və qeyri-filiz faydalı qazıntı yataqlarının ekoloji normativ sənədlərini qanunvericilik tələblərinə uyğun tərtib etmək və nəzarətdə saxlamaq.
Tələblər
Təhsil: Ali;
Yaş həddi: 30-55;
İş təcrübəsi: 5 ildən yuxarı;
Ölkə daxili ezamlar;
Kompüter biliyi: MS Office və AutoCad;
Şəxsi keyfiyyətlər
Məsuliyyətlilik;
İşə planlı yanaşma;
Fikrini izah etmək qabiliyyəti;
Detallara diqqətli yanaşma.
İş şəraiti:
İş yeri: Azvul Istehsalat Müəssisəsi;
İş qrafiki: 5 günlük;
İstirahət: Şənbə və bazar günləri;
Əmək haqqı: Biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik.