Texniki tapşırığa əsasən layihə sənədlərini işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
Transformator, elektron avadanlıqların texniki xidmətini həyata keçirmək;
Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanmasını təmin etmək;
Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək.
Tələblər
Təhsil: Ali təhsil və ya orta ixtisas təhsili
Təcrübə : Müvafiq sahə üzrə minimum 3 il rəsmi əmək təcrübəsi