Mətanət A Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Əmlak və Obyektlər üzrə kordinator

Əmlak və Obyektlər üzrə kordinator

Dünən

179

Təsvir

  1. Obyektlərin Axtarışı və Qiymətləndirilməsi:
  • Yeni mağaza və ya obyekt üçün uyğun ərazilərin araşdırılması;
  • İcarə və ya satınalma üçün potensial obyektlərin bazar qiymətinin müqayisəsi;
  • Obyektlərin sahə, yerləşmə, infrastruktur və potensial satış gücünə görə təhlili.
  1. İcarə və Müqavilə İşləri:
  • İcarəçi və ya satıcı ilə ilkin əlaqələrin qurulması;
  • Müqavilə şərtlərinin (icarə haqqı, depozit, müddət və s.) təhlili və rəhbərliyə təqdim edilməsi;
  • Müqavilələrin hüquq şöbəsi ilə razılaşdırılması və icrası;
  1. Təmir və Layihələndirmə İşləri:
  • Mağazanın brend tələblərinə uyğun layihə və dizayn işlərinin təşkil edilməsi;
  • Təmir-tikinti işlərinin (boya, elektrik, santexnika, avadanlıq quraşdırılması və s.) planlanması;
  • Podratçılar və ustalarla müqavilələrin bağlanması və işin icrasına nəzarət.
  1. Avadanlıq və İnfrastruktur:
  • Mağaza üçün tələb olunan avadanlıqların (raf, işıqlandırma, kassalar və s.) quraşdırılması işlərinə rəhbərlik;
  • Kommunikasiya (elektrik, su, internet, havalandırma) sistemlərinin tam işlək vəziyyətdə təhvil alınması.
  1. Təhvil və İstifadəyə Verilmə:
  • Mağaza tam hazır vəziyyətə gətirildikdən sonra rəhbərliyə və müvafiq şöbələrə təhvil verilməsi;
  • Açılışa qədər bütün texniki və fiziki çatışmazlıqların aradan qaldırılması.
  1. Monitorinq və Hesabatlıq:
  • İşlərin gedişi barədə CEO və Kommersiya Direktoruna mütəmadi hesabatların təqdim edilməsi;
  • İcra müddətləri, təmir büdcəsi və obyektin açılış planına uyğunluğun izlənilməsi.


Tələblər

  • Tikinti, inşaat, daşınmaz əmlak və ya layihə idarəçiliyi sahəsində minimum 2 il iş təcrübəsi
  • Tikinti və təmir materialları, podratçı idarəçiliyi üzrə biliklər;
  • Büdcə planlaşdırma və xərclərə nəzarət bacarığı;
  • Güclü ünsiyyət və təşkilatçılıq qabiliyyəti
  • Ezamiyyə imkanlarına açıq


İş şəraiti:

  • 6günlük
  • İstirahət: bazar günü
  • Ünvan: Xətai 34 (Luxen Plaza)


Biz nə təklif edirik:          

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
  • Şəhərin mərkəzində ofis
  • Bonus sistemi
  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
  • Dinamik və gənc komanda ilə iş imkanı.


Vakansiya haqqında

Son tarix

November 8, 2025

Paylaşılıb

sentyabr 29, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Digər