Mətanət A Şirkətlər Qrupu

Geoloq

26-01-2026

23

Təsvir

  • Mühəndisi geoloji tədqiqat işləri üzrə materialların ümumiləşdirilməsində, işlər aparılan rayonunun geoloji quruluşunu dəqiqləşdirmək məqsədilə tədqiqatların nəticələrinin işlənməsini təmin etmək;
  • Geoloji-kəşfiyyat işlərinin nəticələrinin araşdırılması və potensial sahələrin müəyyənləşdirilməsi;
  • Kameral şəraitdə layihələrin hazırlanması;
  • Çöl şəraitində yerüstü sınaqlaşdırma və xəritəalma işlərinin yerinə yetirilməsi;
  • Geoloji-kəşfiyyat quyularına və qazma operatorlarına nəzarət, kern məhsullarının sənədləşdirilməsi;
  • Çöl şəraitində toplanılmış materialların kameral şəraitdə işlənilməsi, müxtəlif təyinatlı cizgi, sxem, xəritə və planların eləcə də kəsilişlərin tərtibi;
  • İşə başlamazdan əvvəl quyu, xəndək və şurfların yerini dəqiqləşdirmək;
  • Görülən işlərdə iştirak etmək, müvafiq sənədləşməni aparmaq;
  • Sifarişdə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsinə nəzarət etmək;
  • Kern nümunəsinin götürülməsini təşkil etmək, qablaşdırmaq və təhlükəsiz nəqlini təşkil etmək;
  • Əldə edilmiş nəticələr əsasında proqnoz ehtiyatların hesablanması;
  • Azərbaycan və ətraf regionunun geoloji quruluşu haqqında biliklərin olması;
  • Yataqların sənaye-genetik tipləri haqqında ətraflı biliklərin olunması;
  • Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqları haqqında ətraflı biliklərin olması;
  • Yerüstü xəritəalma vərdişlərinə sahib olması (GPS-dən sərbəst istifadə etmək);
  • Yerli və xarici mütəxəssislərlə işləmək bacarığının olması;
  • İstismar işləri aparılan xammal yataqlarında torpaq sabitliyi, eroziya, yeraltı su təsiri və seysmik təhlükələr kimi geoloji və geotexniki riskləri qiymətləndirmək;
  • Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi.

Tələblər

  • Təhsil: Ali;
  • Yaş həddi: 30-55;
  • İş təcrübəsi: 5 ildən yuxarı;
  • Ölkə daxili və xarici ezam;
  • Kompüter biliyi: MS Office, AutoCad və digər xəritəalma proqramları;


Şəxsi keyfiyyətlər

  • Məsuliyyətlilik;
  • İşə planlı yanaşma;
  • Fikrini izah etmək qabiliyyəti;
  • Detallara diqqətli yanaşma.


İş şəraiti:

  • İş yeri: Azvul Istehsalat Müəssisəsi;
  • İş qrafiki: 5 günlük;
  • İstirahət: Şənbə və bazar günləri;
  • Əmək haqqı: Biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik

Vakansiya haqqında

Son tarix

February 27, 2026

Paylaşılıb

yanvar 26, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər