Mətanət A Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
İşə qəbul üzrə baş mütəxəssis

İşə qəbul üzrə baş mütəxəssis

13-02-2025

689

Təsvir

İşçi ehtiyaclarının təhlili və işə qəbul strategiyasını hazırlamaq;

İşçi çatışmazlığı və ya izafı işçi sayı ilə bağlı potensial risklərin müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi;

Şirkətin istedadların əldə edilməsi proqramını həyata keçirmək;

İşə qəbul prosesinə riayyət etmək və işə qəbulun sürətini və keyfiyyətini təmin etmək;

Potensial namizəd hovuzunu yaratmaq və daima yeniləmək;

Müxtəlif sosial media platformalarından istifadə edərək potensial namizədləri adiyyatı vakansiyalar üzrə cəlb etmək;

Müxtəlif işə qəbul və təcrübə layihələrini təklif etmək və aparmaq;

Fərqli universitet və təhsil ocaqları ilə əlaqələr və əməkdaşlıqlar qurmaq;

İşə götürmə metrikalarını izləmək;

Müsahibə, test, və namizədlərin seçilməsi prosesini təmin etmək;

Rəhbərlik və digər şöbələrlə sıx əməkdaşlıq edərək, planlanma ilə bağlı müvafiq məlumatları təqdim etmək;

Kadrların yenidən təyin edilməsi, təlim və ya inkişaf ehtiyaclarının planlanması. Mövcud işçi resurslarının səmərəli istifadə olunmasını təmin etmək;

İşçi dövriyyəsinin analizi və optimallaşdırılması. İşçilərin motivasiyasını artırmaq və dövriyyəni azaltmaq üçün təkliflər və layihələrin hazırlanması;

İş yükünün balanslaşdırılması və optimallaşdırılması üçün təkliflər hazırlamaq. İşçilərin performansının təhlili və onların inkişafı üçün təkliflərin hazırlanması;

Həftəlik, aylıq və rüblük hesabatları hazırlamaq;

İşə götürən brendinin gücləndirilməsi üçün töhfələr vermək.

Tələblər

İnsan Resursları, Psixologiya və ya müvafig sahə üzrə ali təhsil arzuolunandır;

Qeyd olunan sahədə 3-5 il iş təcrübəsi;

Azərbaycan, İngilis və Rus dil bilikləri;

Kompüter bilikləri: Ofis proqramları (Excel bilikləri yüksək səviyyədə), analitik alətlərindən istifadə arzuolunandır;

Sertifikat: SHRM / CİPD arzuolunandır;

Güclü ünsiyyət bacarığı;

Layihə idarəedilməsi üzrə təcrübənin olması üstünlükdür.


Şirkətin Təqdim etdiyi İmkanlar:


Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);

Şəhərin mərkəzində ofis;

Bonus sistemi;

Peşəkar inkişaf üçün təlimlər və seminarlar;

Dinamik və gənc komanda ilə iş imkanı.

Vakansiya haqqında

Son tarix

mart 25, 2025

Paylaşılıb

fevral 13, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı