Mətanət A Şirkətlər Qrupu

Layihə rəhbəri

11-12-2024

298

Təsvir

Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;

Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;

Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;

Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;

Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;

Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;

Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;

Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;

Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və Baş ofisə təsdiq üçün təqdim edilməsi;

Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanmasını və baş ofisə təqdim edilməsini təmin etmək;

Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;

Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması.


İş şəraiti:


İş saatı: 09:00-dan 18:00-dək;

İstirahət: Bazar günü (Şənbə qısaldılmış iş günü);

İş yeri: Layihədən asılı olaraq dəyişir;

Korporativ nömrə verilir.



Tələblər

Təhsil: Ali; 

İş təcrübəsi: 5 il iş təcrübəsi( istehsal tikinti layihələri üzrə);

Tikinti işlərində işlərin, maşın və avadanlıqların planlaşdırılması və koordinasiyası üzrə təcrübə;

Ofis, Primavera, AutoCAD proqramlarında işləmək bacarığı;

Dil bilikləri: Azərbaycan və İngilis dili (Rus dili arzuolunandır);

PMD sənədləşmə prosesində təcrübəli.

Vakansiya haqqında

Son tarix

yanvar 20, 2025

Paylaşılıb

dekabr 11, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak