Mətanət A Şirkətlər Qrupu

Mağaza Meneceri

Dünən

237

Təsvir

  • Mağaza meneceri mağazanın ümumi fəaliyyətinə rəhbərlik edir, satış prosesinə nəzarət edir və mağazanın müəyyən olunmuş plan və göstəricilər əsasında səmərəli fəaliyyətini təmin edir;
  • Mağazanın satış planının yerinə yetirilməsinə cavabdehdir, satış hədəflərinin icrasını izləyir və analiz edir;
  • Satıcıların işinə nəzarət edir, onların motivasiyasını təmin edir və satış bacarıqlarını artırılması istiqamətində təlimlər keçirir;
  • Müştəri məmnuniyyətinin təmin olunması üçün xidmət standartlarına riayət olunmasını təmin edir;
  • Şikayət və müraciətlərin operativ və peşəkar şəkildə həllini təşkil edir;
  • Malların qəbulunu, yerləşdirilməsini, sayımını və düzgün saxlanmasını təşkil edir;
  • Məhsul qalığının optimal səviyyədə saxlanmasına və vaxtında sifarişlərin verilməsinə cavabdehdir;
  • Məhsulun keyfiyyətinə, qablaşdırmasına, qiymət nişanlarının düzgünlüyünə nəzarət edir;
  • İtki, korlanma və inventar fərqlərinin qarşısını almaq məqsədilə daimi nəzarət aparır;
  • Kassa əməliyyatlarının düzgün aparılmasına və gündəlik hesabların uyğunluğuna nəzarət edir;
  • Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlayır və rəhbərliyə təqdim edir;
  • Satış əməliyyatlarının və maliyyə sənədlərinin (qəbz, qaimə, çek və s.) düzgünlüyünü təmin edir;
  • Mağaza heyətinin iş qrafikini tərtib edir və əmək intizamına nəzarət edir;
  • Yeni əməkdaşların adaptasiyası, təlimi və inkişafını təşkil edir;
  • Komanda ruhunun formalaşdırılması və işçilərin motivasiyasının artırılması istiqamətində tədbirlər görür;
  • Mağazanın texniki təhlükəsizliyinə, yanğın təhlükəsizliyi qaydalarına və sanitariya tələblərinə riayət olunmasına nəzarət edir;
  • Mağazanın təmizliyi, avadanlıqların saz vəziyyətdə saxlanılması və texniki problemlərin operativ həlli üçün tədbirlər görür;
  • Oğurluq və digər risklərin qarşısının alınması məqsədilə təhlükəsizlik sistemlərinə nəzarət edir;
  • Şirkət rəhbərliyinin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirir;
  • Şirkətin daxili qaydalarına, etik davranış və korporativ standartlarına əməl edir;
  • Mağazanın fəaliyyətinə dair təkliflər hazırlayır və idarəetmənin təkmilləşdirilməsi istiqamətində təşəbbüslərlə çıxış edir.

Tələblər

  • Təhsil: Orta/ali
  • Yaş həddi: 25-45
  • Kompüter biliyi: MS Office, 1C və MS Excel proqramları yüksək səviyyədə;
  • İş təcrübəsi: Minimum 2 il müvafiq sahədə;
  • Dillər: Azərbaycan dili (Rus və İngilis dilləri arzuolunandır)


Şəxsi keyfiyyətlər

  • Satış və idarəetmə bacarığı;
  • Ünsiyyət və danışıq bacarığı;
  • Strateji və analitik düşüncə tərzi.


İş şəraiti:

  • İş yeri: VIL Mağazası (Əhmədli ərazisi);
  • İş qrafiki: 6 günlük;
  • İstirahət: Bazar günü;
  • Korporativ nömrə; 
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.


Vakansiya haqqında

Son tarix

January 30, 2026

Paylaşılıb

yanvar 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri