open navigation menu
Ana səhifə
/
Şirkətlər
/
Mətanət A Şirkətlər Qrupu
/
Metroloq
Metroloq
Mətanət A Şirkətlər Qrupu
31 Xətai prospekti, Bakı, Azərbaycan
Tam ştat
08-07-2025
661
Bağlanılıb
Təsvir
Müəssisədə istifadə olunan ölçmə vasitələrinin dövlət və beynəlxalq metroloji standartlara uyğun olmasını təmin etmək;
Ölçmə və sınaq avadanlıqlarının metroloji nəzarətini həyata keçirmək;
Avadanlıqların düzgün işləməsi üçün kalibrləmə və yoxlamaları təşkil etmək;
Standartlara uyğun olmayan ölçmə vasitələrinin istifadəsinin qarşısını almaq;
Metroloji nəzarətə dair sənədlərin hazırlanması və saxlanmasını təmin etmək;
Kalibrləmə və yoxlama prosedurlarını daim biznes ehtiyaclarına uyğun olmasını təmin etmə, ölçmə vasitələrinin nəzarət sistemini təkmilləşdirmək;
Ölçmə vasitələrinin bazasının yenilənməsini təmin etmək;
Uyğunsuzluqların və tənzimləyici tədbirlərin idarə olunması üzrə aidiyyatı hesabatlar hazırlamaq, rəhbərliyə təqdim etmək;
ISO 17025, ISO 9001 və digər beynəlxalq keyfiyyət standartlarına uyğun metroloji nəzarəti təşkil etmək;
Yeni metroloji metodların və beynəlxalq tələblərə uyğun avadanlıqların tətbiqinə nəzarət etmək;
Müəssisənin metroloji siyasətinin inkişaf etdirilməsində iştirak etmək;
Ölçmə vasitələrinin texniki nasazlıqlarının qarşısını almaq və lazımi tədbirləri görmək;
Metroloji nəzarətlə bağlı risklərin qiymətləndirilməsini aparmaq;
Metroloji xidmət sahəsində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
Metroloji avadanlıqların modernləşdirilməsi ilə bağlı təkliflər vermək;
Yeni ölçmə texnologiyalarını araşdırmaq və tətbiq imkanlarını qiymətləndirmək;
Laboratoriya və istehsalatda istifadə olunan ölçmə vasitələrinin innovativ həllərlə inkişafına tövhə vermək.
İş şəraiti:
İş qrafiki: 5 günlük;
İstirahət Şənbə və bazar günü.
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
Şəhərin mərkəzində ofis;
Bonus sistemi;
Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
Dinamik və gənc komanda ilə iş imkanı.
Tələblər
Metroloji mühəndislik, fizika, mexanika, elektronika, kimya mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali texiniki təhsil;
Metroloji sahədə ən azı 3 il iş təcrübəsi (Ölçmə cihazları, kalibrləmə və laboratoriya sınaqları ilə bağlı iş təcrübəsi);
Ofis proqramları biliyi;
Ölçmə vasitələrinin dövlət yoxlaması və kalibrlənmə proseslərinə dair tələblər;
Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya olunmuş orqanlar və onlara dair tələblər;
Texniki reqlamentlər və istinad olunmuş standartları bilməli;
Metroloji standartları (ISO 17025, ISO 9001, GOST və s.) bilməli;
Kalibrləmə və ölçmə metodlarını bilməli;
Ölçmə cihazlarının iş prinsipləri və diaqnostikasını bilməli;
Beynəlxalq standartların Azərbaycan Respublikasında tətbiqi qaydalarını bilməli;
Nəqliyyat vasitəsi olmalı;
Ezamiyyələrə hazır olmalı.
Vakansiya haqqında
Paylaşılıb
iyul 8, 2025
Vakansiya növü
Tam ştat
Kateqoriya
Dövlət və sosial xidmətlər