Mətanət A Şirkətlər Qrupu

Mexanik-Qaynaqçı

Bu gün

626

Təsvir

  • Detalların, boruların və metal konstruksiyaların nəzərdə tutulmuş üsulla (SMAW, GMAW/MIG-MAG, GTAW/TIG və s. ) qaynaq olunması;
  • Qaynaq tikişlərin keyfiyyətinə, sıxlığına və standartlara (məsələn, İSO, AWS) uyğunluğuna cavabdehlik daşımaq;
  • Qaynaq tikişlərinin təmizlənməsi və vizual yoxlanılması;
  • Metal səthlərin, tikiş kənarlarının (beveling) qaynağa hazırlanması, pas və yağdan təmizlənməsi;
  • Qaynaq avadanlıqlarının və alətlərin gündəlik texniki baxşını həyat keçirmək və saz halda saxlamaq;
  • Elektrodların, tellərin və qazların doğru seçilməsi və saxlanma şəraitinə riayət olunması:
  • Qaynaq proseduru spesifikasiyasına (WPS) tam əməl etmək;
  • Çertyojları, mexaniki sxemləri və montaj təlimatlarını oxumaq;
  • Şəxsi mühafizə vasitələrindən düzgün istifadə etmək;
  • Yanğın təhlükəsizliyi, elektrik təhlükəsizliyi və qapalı məkanda iş qaydalarına riayət etmək.

Tələblər

  • Təhsil: müvafiq sahə üzrə orta təhsil və ya orta texniki təhsil;
  • Təcrübə: müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Təlimlər və sertifikatlar arzuolunandır;
  • Yarımavtomat və qaz qaynağını istifadəsini bilməlidir;
  • Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli;
  • Elektrodların növlərini və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçə bilməli;
  • Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli;
  • Ölkədaxili ezamiyyət imkanları.


İş şəraiti:


  • İş qrafiki: Həftədə 1 gün istirahət (6-cı gün qısa iş günü);
  • Ünvan: Azvul MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).


Biz nə təklif edirik:         

  • Qidalanma şirkət tərəfindən təmin edilir;
  • Nəqliyyat şirkət tərəfin təmin edilir;
  • Əmək haqqı (Razılaşma yolu ilə);
  • Dinamik və gənc komanda ilə iş imkanı.  

Vakansiya haqqında

Son tarix

December 12, 2026

Paylaşılıb

noyabr 12, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Xidmət sahələri