Mətanət A Şirkətlər Qrupu

Montajçı

Bu gün

20

Təsvir

  • Verilmiş texniki çertyoj və sxemlər əsasında hissələrin ardıcıllığını təyin etmək.
  • Müxtəlif detalları (boltlar, vintlər, qaynaq və s. vasitəsilə) birləşdirərək aqreqatların, nasosların, klapanların və ya kranların yığılması.
  • Yığılmış mexanizmlərin düzgün işləməsini yoxlamaq, boşluqları və uyğunsuzluqları aradan qaldırmaq.
  • Məhsulun texniki şərtlərə (məsələn, təzyiqə davamlılıq) cavab verib-vermədiyini yoxlamaq.
  • Quraşdırmadan öncə hissələrin təmizlənməsi, yağlanması və uyğunluğunun yoxlanılması.
  • Çertyoj və texnoloji xəriflər əsasında qovşaqların, mexanizmlərin və maşınların tam yığılması.
  • Bolt, sponka, presləmə, qaynaq və ya yapışdırma üsulları ilə hissələrin birləşdirilməsi.
  • Yığılmış mexanizmlərin hərəkət hissələrinin sazlanması, boşluqların (lyuftların) aradan qaldırılması.
  • Hazır məhsulun standartlara sınaqdan keçirilməsi və yekun göstəricilərinin ləğv edilməsi.
  • İstifadə etdiyi ölçü cihazlarının (kumpas, mikrometr) və montaj alətlərinin saz vəziyyətdə saxlanılması.
  • Yığılan maşın və avadanlıqların konstruktiv xüsusiyyətləri və iş prinsipi.
  • Mürəkkəb çertyojların və kinematik sxemlərin oxunma qaydaları.
  • Metalların texniki xüsusiyyətləri və onlara termik emalın təsiri.
  • Hissələrin oturdulma dəqiqliyi (toleranslar) və təmizlik dərəcələri.

Tələblər

Təhsil: Orta , Orta ixtisas

Yaş həddi: 26 - 40

İş təcrübəsi: min 3 il


İş şəraiti

  • 6 günlük iş rejimi 08:00-17:00, Şənbə günü 08:00-12:00 (Bazar istirahət)
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Nəqliyyat şirkət tərəfin təmin edilir;
  • Əmək haqqı razılaşma yolu ilə.

Ünvan: Hacıqabul rayonu , Atbulaq kəndi, Elberq zavodu

Vakansiya haqqında

Son tarix

September 20, 2026

Paylaşılıb

avqust 21, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı