Təsvir

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkil edilməsi;
  • Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
  • Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartlarına uyğun uçotunun təmin edilməsi;
  • Mal-materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi. 

Tələblər

  • Təhsil: Ali (İqtisadi);
  • İş təcrübəsi: 1-3 il iş təcrübəsi olan;
  • Dil bilikləri: Azərbaycan dili, rus və ingilis dili biliyi üstünlükdür;
  • Kompüter bilikləri: 1C 8.3 və MS Office yaxşı səviyyədə.


İş şəraiti:

  • İş saatı: 08:00-dan 17:00-dək;
  • İş qrafiki: Həftədə 1 gün istirahət (6-cı gün qısa iş günü);;
  • İş yeri: Matanat A İstehsalat Müəssisəsi (Abşeron rayonu, Masazır qəsəbəsi).


Biz nə təklif edirik:         

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
  • Nahar və servis xidməti şirkət tərəfindən təmin edilir;
  • Dinamik və gənc komanda ilə iş imkanı.  

Vakansiya haqqında

Son tarix

March 26, 2026

Paylaşılıb

fevral 24, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı