Mətanət A Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
NÖC və Avtomatika çilingəri (Azvul Zavodu)

NÖC və Avtomatika çilingəri (Azvul Zavodu)

Bu gün

14

Təsvir

  • Zavod avadanlıqlarının profilaktik baxışını və gündəlik texniki yoxlamalarını həyata keçirmək.
  • Avtomatika avadanlıqlarının sökülməsi, təmiri, yığılması və sazlanması işlərini icra etmək.
  • Avadanlıqlarda yaranan vibrasiya, anormal səs, yüksək temperatur və digər nasazlıq əlamətlərini vaxtında müəyyən etmək.
  • Avtomatika hissələrinin tənzimlənməsini, boşluqların və qalınlıqların yoxlanılması prosesini qaydalara uyğun yerinə yetirmək.
  • Təmir və texniki xidmət işləri üçün tələb olunan lazımi ehtiyat hissələrini və materialları düzgün təyin etmək.
  • Görülmüş təmir və xidmət işləri haqqında qeydiyyat jurnalında düzgün, səliqəli qeydlər aparmaq.
  • Müəssisə daxili sanitariya və istehsalat qaydalarına əməl etmək, rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün icra etmək.

Tələblər

  • Təhsil: Ali və ya orta ixtisas təhlili;
  • İş təcrübəsi: 2 il;
  • Yaş həddi: 25-50 yaş;
  • Sertifikatların olması arzuolunandır;
  • Texniki tələblər: Əməyin mühafizəsi, Elektrik təhlükəsizliyi, Lockout/Tagout (LOTO) prosedurları, Fərdi mühafizə vasitələrindən istifadə, Elektrik bilikləri, Elektrik dövrələrinin əsasları, AC və DC cərəyanı, Gərginlik, cərəyan, müqavimət və güc anlayışları, Elektrik sxemlərini oxumaq, Mühərriklər, kontaktorlar, relelər və qoruma aparatları, Avtomatika bilikləri, Sensorların iş prinsipi (temperatur, təzyiq, səviyyə, axın və s.), Aktuatorlar (solenoid klapanlar, servo və pnevmatik sistemlər), PID tənzimləmə əsasları, Avtomatik idarəetmə sistemləri, PLC bilikləri, PLC-nin iş prinsipi, Giriş və çıxış modulları.


İş şəraiti:

  • İş yeri: Azvul Zavodu (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).
  • İş qrafiki: 6 gün, 6-cı gün qısa iş günü;
  • İstirahət: Bazar günü.


Biz nə təklif edirik:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nəqliyyat və nahar şirkət tərəfindən təmin edilir.



Vakansiya haqqında

Son tarix

August 12, 2026

Paylaşılıb

iyul 13, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər