Mətanət A Şirkətlər Qrupu

Satınalma üzrə Mütəxəssis

07-04-2025

347

Təsvir

  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
  • Tədarükçülər ilə mütəmadi olaraq görüşlər təyin etmək və yeni tədarükçülərin araşdırılnası.
  • Mövcud şirkətlər və tədarükçülər siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərdən təkliflər almaq dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək.
  • Şirkətlər, tədarükçülərlə danışıqlar aparmaq, görüşlər keçirmək və şirkət üçün ən sərfəli şərtləri razılaşdırmaq.
  • Təsdiq edilən təkliflər əsasında Satınalma müqavilələrinin hazırlanıb icra edilməsi.
  • Yerli və xarici bazar araşdırmaları aparmaq və yeni təchizatçıları müəyyən etmək. 

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə).
  • Satınalma, təchizat və ya logistika sahəsində minimum 2 il iş təcrübəsi.
  • Müqavilələrin hazırlanması, icrası və şərtlərin təhlili sahəsində bilik və təcrübə.
  • Yerli və xarici bazar araşdırmaları aparmaq bacarığı.
  • Tədarükçülərlə effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı.
  • Qiymət təkliflərinin müqayisəli təhlilini aparmaq və hesabat hazırlamaq bacarığı (Excel və digər ofis proqramlarında sərbəst işləmək).
  • Yaxşı təşkilati və analitik düşünmə qabiliyyəti.
  • Komandada işləmə bacarığı və məsuliyyətli yanaşma.
  • Azərbaycan dili səlis, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı üstünlükdür.

İş şəraiti:

  • Əmək haqqı Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır. 
  • İş yeri: Luxen Plaza
  • İş qrafiki: 5 günlük İstirahət: Şənbə və bazar günü.
  • Korporativ nömrə

Vakansiya haqqında

Son tarix

May 17, 2025

Paylaşılıb

aprel 7, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə