Dövlət və özəl qurumlar tərəfindən elan edilən tenderlərin, kotirovka sorğularının və satınalma müsabiqələrinin gündəlik əsasda monitorinqinin aparılması
Şirkətin fəaliyyət istiqamətlərinə uyğun tenderlərin seçilməsi və ilkin təhlilinin edilməsi
Tender sənədlərinin (texniki tapşırıq, ixtisas göstəriciləri, müqavilə şərtləri və s.) ətraflı şəkildə öyrənilməsi və qiymətləndirilməsi
Tenderdə iştirak üçün tələb olunan bütün sənədlərin (hüquqi, maliyyə, texniki, kommersiya) hazırlanması, toplanması və sistemləşdirilməsi
Müvafiq struktur bölmələrindən (istehsalat, maliyyə, hüquq, logistika və s.) lazımi məlumatların toplanması və koordinasiyanın təmin edilməsi
Tender təkliflərinin texniki və kommersiya hissələrinin hazırlanmasında aktiv iştirak
Qiymət təkliflərinin formalaşdırılmasında maliyyə və kommersiya hesablamalarının aparılması
Elektron satınalma portallarında (etender.gov.az və digər platformalar) qeydiyyat, sənədlərin yüklənməsi və prosesin düzgün icrasına nəzarət
Tender təkliflərinin müəyyən olunmuş vaxt çərçivəsində və tələblərə uyğun şəkildə təqdim olunmasının təmin edilməsi
Tender prosedurları zamanı sifarişçi qurumlarla yazışmaların və rəsmi əlaqələrin aparılması
Tender nəticələrinin izlənilməsi, qalibiyyət və ya imtina səbəblərinin təhlil edilməsi
Qazanılmış tenderlər üzrə müqavilə mərhələsinə keçid zamanı aidiyyəti şöbələrə məlumat və sənədlərin ötürülməsi
Tender fəaliyyəti üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Tender qanunvericiliyi və satınalma qaydalarında baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi
Şirkətin tender fəaliyyətinin effektivliyinin artırılması üçün təkliflərin verilməsi