Şirkətin zavod, istehsalat və digər struktur bölmələrinin texniki avadanlıq, ehtiyat hissələri, mexaniki və elektrik materialları üzrə satınalma proseslərini təşkil etmək və idarə etmək.
Texniki satınalma sifarişlərinin vaxtında və düzgün icrasını təmin etmək, sifarişlərin prioritləşdirilməsini və icra müddətlərini nəzarətdə saxlamaq.
Sifarişçi departamentlər tərəfindən təqdim edilən texniki spesifikasiyaların, məhsul kodlarının, modellərin və digər zəruri məlumatların tamlığını yoxlamaq.
Texniki tələblərdə çatışmazlıq və uyğunsuzluq olduqda sifarişçi departamentlərlə koordinasiya edərək məlumatların dəqiqləşdirilməsini təmin etmək.
Yerli və beynəlxalq bazarlarda texniki məhsullar üzrə təchizatçıların araşdırılmasını alternativ təchizat mənbələrinin müəyyən edilməsini və təchizatçı bazasının genişləndirilməsini təşkil etmək.
Təchizatçılardan kommersiya təkliflərinin alınmasını, qiymət müqayisələrinin aparılmasını və optimal satınalma şərtlərinin müəyyən edilməsini təmin etmək.
Təchizatçılarla qiymət, ödəniş şərtləri, çatdırılma müddəti, zəmanət və servis xidmətləri üzrə danışıqları aparmaq.
Texniki avadanlıq və ehtiyat hissələrinin alışında məhsulun orjinallığına, istehsalçı zəmanətinə və müvafiq sertifikatların mövcudluğuna diqqət yetirmək.
Alınacaq məhsulların texniki uyğunluğunun sifarişçi və aidiyyəti texniki şöbələr tərəfindən təsdiqlənməsini təmin etmək.
İstehsalatın fasiləsiz fəaliyyətinə təsir edən kritik ehtiyat hissələri və avadanlıqlar üzrə sifarişlərin prioritet qaydada icrasını təşkil etmək.
Kritik ehtiyat hissələrinin minimum stok səviyyələrinin müəyyən edilməsi və vaxtında təmin olunması üçün Planlama, Anbar və İstehsalat şöbələri ilə koordinasiyanı təmin etmək.
Satınalma sifarişlərinin təsdiqlənmiş büdcə və şirkətin daxili prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət etmək.
Texniki alışlar üzrə satınalma müqavilələrinin hazırlanmasını, razılaşdırılmasını və müqavilə öhdəliklərinin icrasının izləmilməsini təmin etmək.
Təchizatçıların çatdırılma müddəti, qiymət rəqabətliliyi, məhsul keyfiyyəti və xidmət səviyyəsi üzrə fəaliyyətini qiymətləndirmək.
Qüsurlu, yanlış və ya texniki tələblərə uyğun olmayan məhsullar üzrə təchizatçılarla geri qaytarma, dəyişdirilmə və zəmanət proseslərini koordinasiya etmək.
Satınalma prosesində yaranan gecikmələri, təchizat risklərini və əlavə xərcləri təhlil edərək qabaqlayıcı tədbirlər görmək.
Texniki satınalmalar üzrə xərclərin optimallaşdırılması, alternativ məhsulların araşdırılması və qənaət imkanlarının müəyyən edilməsi istiqamətində təkliflər hazırlamaq.
Şöbənin əməkdaşları arasında iş bölgüsünü təşkil etmək, tapşırıqların icasına və əməkdaşların fəaliyyət göstəricilərinə nəzarət etmək;
Texniki satınalmalar üzrə KPİ göstəricilərini izləmək, nəticələri təhlil etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Tələblər
Təhsil: Ali;
İş təcrübəsi: 3-5 il;
Sertifikatlar: Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür;
Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri;
Kompüter bilikləri: MS Ofis proqramları və 1C 8.3;
Şəxsi keyfiyyətlər:
Güclü analitik və strateji düşünmə qabiliyyəti;
Planlaşdırma, təşkilatçılıq və prioritetləri düzgün müəyyən etmə bacarığı;
Yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma;
Operativ qərarvermə və problemləri həll etmə bacarığı.