Mətanət A Şirkətlər Qrupu

Texniki işlər üzrə Auditor

Bu gün

20

Təsvir

  • Zavodlarda quraşdırılmış avadanlıqların texniki vəziyyətinin, sazlığının, istismar tələblərinə və texniki normalara uyğunluğunun yerində yoxlanılması, aşkar edilmiş çatışmazlıqların müəyyən edilməsi və hesabatlandırılması.
  • Avadanlıqların düzgün istismar olunmasının, texniki xidmət və təhlükəsizlik tələblərinə əməl edilməsinin yoxlanılması, nasazlıq və risklərin müəyyən edilməsi.
  • Avadanlıqlarda yaranmış nasazlıqların, dayanma səbəblərinin və texniki uyğunsuzluqların araşdırılması, nəticələr üzrə texniki rəy və təkliflərin hazırlanması.
  • İstehsalat avadanlıqlarının faktiki vəziyyətinin, istismar müddətinin və texniki göstəricilərinin qiymətləndirilməsi, təkmilləşdirmə və bərpa tədbirləri üzrə təkliflərin hazırlanması.
  • Avadanlıqlara aid texniki pasportların, texniki xidmət, təmir və istismar sənədlərinin yoxlanılması və uyğunluğunun qiymətləndirilməsi.
  • Aşkar edilmiş texniki çatışmazlıqlar üzrə tədbir planlarının hazırlanması, aradan qaldırılma prosesinin izlənilməsi və nəticələrin yoxlanılması.
  • Keçirilmiş texniki reydlər, aparılmış araşdırmalar və yoxlamaların nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Rəhbərlik tərəfindən verilmiş avadanlıqların texniki vəziyyəti, istismarı və istehsal prosesləri ilə bağlı xüsusi yoxlama və araşdırmaların həyata keçirilməsi.

Tələblər

  • Təhsil: Ali;
  • İş təcrübəsi: 5 il;
  • Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili arzuolunandır;
  • Kompüter bilikləri: 1C, SAP, MS Ofis (Word, Excel, PowerPoint)
  • Ölkədaxili ezamiyyət imkanları;
  • Şəxsi keyfiyyətlər: Məsuliyyətli, dəqiq və ünsiyyət qurmaq bacarığı;


İş şəraiti:

  • İş qrafiki: 5 gün, saat 09:00-18:00;
  • İş yeri: Falez Plaza;
  • Əmək haqqı: Razılaşma yolu ilə:

Vakansiya haqqında

Son tarix

November 28, 2026

Paylaşılıb

oktyabr 29, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə