Təsvir
- Müəssisədə istehsal proseslərinin texnoloji rejiminə nəzarət edir və onların avtomatlaşdırılmasını təmin edir.
- Məhsulun istehsalı üçün əməliyyat marşrutlarını və işlərin yerinə yetirilmə ardıcıllığını müəyyənləşdirir.
- Avadanlıqların yerləşdirilməsi, texniki təchizatı və iş yerlərinin təşkili üzrə planlar hazırlayır, istehsal gücünü və avadanlıqların yüklənmə səviyyəsini hesablayır.
- Texniki cəhətdən əsaslandırılmış vaxt normalarının (hasilat norması), xətti və qovşaq qrafiklərinin işlənib hazırlanmasında iştirak edir.
- Texnoloji normativlər, təlimatlar, yığım sxemləri, marşrut xəritələri, texniki səviyyə və məhsulun keyfiyyət xəritəsi kimi sənədləri hazırlayır.
- Texnoloji avadanlıqların düzgün istismarına nəzarət edir.
- Keyfiyyətsiz və zay məhsul istehsalının səbəblərini təhlil edir, onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər hazırlayır.
- Buraxılan məhsul barədə daxil olan narazılıqların araşdırılmasında və müvafiq həll yollarının tapılmasında iştirak edir.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahəyə aid sertifikatlar;
- İstehsalat və ya tikinti sahəsində 2-3 il iş təcrübəsi;
- MS Office proqramları üzrə biliklər;
- Rus dili arzuolunandır;
- Ezamiyyə səfərlərinə getməyə hazır olması;
- Davamlı inkişaf;
- Keyfiyyət yönümlülük.
İş şəraiti:
- 6 günlük (6-cı gün qısa iş günü)
- İstirahət günü: Bazar günü
- Qeyd: Çeylidağ və Qobustan rayonu (Şamaxı tərəf) ərazisi istiqamətində yaşayanlara üstünlük veriləcəkdir.
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Bonus sistemi
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.