Mətanət A Şirkətlər Qrupu

Texnoloq (Qaradağ)

Bu gün

61

Təsvir

  • İşçilərə işə başlamazdan əvvəl işöncəsi təlimat keçmək və işçilərin təlimat vərəqinin imzalanmasının təmin edilməsi.
  • Gün ərzində görüləcək işlərin işçilər arasında bölgüsünü aparmaq.
  • Görülən işlərin icrasına nəzarət etmək.
  • Zavod ərazisinə daxil olan xammalların standartlara uyğunluğunu yoxlamaq, standartlara uyğun olmadığı aşkarlandıqda akt tərtib edib rəhbərliyə və aidiyyəti şöbəyə məlumat vermək.
  • Yeni növ məhsulların araşdırılması və istehsala uyğun olub-olmamasının yoxlanılması.
  • Xammalın çıxarılma yerinin təyin edilməsi və normalara uyğun çeşidlənməsi prosesini icra etmək.
  • Aidiyyəti şöbə tərəfindən təklif edilən xammallara baxış keçirmək, istehsalata uyğunluğunu və yararlılığını müəyyən etmək.
  • İstehsal edilmiş hazır məhsul və yarımfabrikatların yoxlanılması və satış üçün yararlı olması barədə rəy vermək.
  • Mütərəqqi və iqtisadi cəhətdən əsaslandırılmış texnoloji proseslərin işlənib hazırlanması və tətbiqi.
  • İstehsalatın texnoloji hazırlığını və texniki yenidən qurulmasını təmin etmək, xammal və əmək sərfinə qənaət və məhsul keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görmək.
  • Yeni texnika və texnologiyanın tətbiqi planları üzrə texnoloji sənədlərin hazırlanmasına və bölmələrin təmin olunmasına nəzarət etmək.
  • Məmulatların hazırlanması, müasir texnologiyaların tətbiqi, mexanikləşdirmə və avtomatlaşdırma proseslərinin təşkilinə nəzarət etmək.
  • Yeni texnika və texnologiyanın tətbiqi və mənimsənilməsi müddətinin azaldılması, istehsal gücünün artırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak etmək.
  • Tabeliyində olan işçilərə nəzarət etmək, onların fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək.
  • Razılaşdırılmış texnoloji prosesin düzgün idarə olunmasına və prosesdən kənarlaşmaların olmamasına nəzarət etmək.
  • İşçilərin istehsal prosesini daha dərindən öyrənməsi üçün qarşılıqlı dialoqlarda iştirak etmək.
  • Məhsulun keyfiyyətini aşağı salan faktorların araşdırılması və aradan qaldırılmasında iştirak etmək.
  • İstehsalatda istifadə olunan xammal və materialların norma daxilində istifadəsinə nəzarət etmək.
  • Qabaqcıl təcrübələr əsasında yeni metodların işlənilməsini təmin etmək.
  • Məhsulun təhlükəsizliyi və keyfiyyətinə təsir edən təhlükəli faktorların araşdırılması və aradan qaldırılmasında iştirak etmək.
  • Tabeliyində olan işçilərin təhlükəsiz şəraitdə işləməsinə və fərdi mühafizə vasitələrindən istifadəsinə cavabdeh olmaq.
  • Əməyin mühafizəsi qaydalarına və sanitariya normalarına əməl etmək.
  • Yanğın təhlükəsizliyi qaydalarına əməl etmək.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Təhsil: Ali (Kimya mühəndisliyi və ya uyğun mühəndislik sahəsi)
  • Yaş həddi: 25-50;
  • İş təcrübəsi: minimum 3 il;
  • MS Office proqramları üzrə biliklər;
  • Ölkə daxili və xarici ezamiyyələrə açıq olmalı.


Texniki tələblər və səriştələr:

  • Texnoloji proseslərin və istehsalat avadanlıqlarının iş prinsiplərini bilməlidir;
  • Gips, perlit, kirəc, kalsit istehsalı texnologiyasını bilməli və minimum 3 il təcrübəsi olmalıdır;
  • Gips əsaslı məhsulların istehsalında yeni xammalların araşdırılması və tətbiqi üzrə işləməlidir;
  • Gips karton lövhələrinin istehsalını bilməsi üstünlükdür;
  • Laboratoriya avadanlıqlarından düzgün istifadə etməyi bacarmalıdır;
  • Dövlət və beynəlxalq standartları bilməli və işi standartlara uyğun qurmalıdır;
  • Planlı və hesabatlı işləməlidir;
  • İstehsal olunan məhsulların keyfiyyətinə cavabdeh olmalı, keyfiyyətsiz məhsulu dərhal anbarda bloklamalıdır;
  • Xammal və materialların fiziki-kimyəvi xüsusiyyətlərini bilməlidir;
  • Dağ-mədən işindən anlayışı olmalı, lazım gəldikdə süxurların araşdırılmasında rəy bildirməlidir;
  • Yeni xammallar tətbiq etməklə məhsulun maya dəyərinin azaldılmasına çalışmalıdır;
  • İstehsal normativləri və standartları (GOST, ISO, AZS və s.) bilməlidir;
  • Keyfiyyət idarəetmə sistemləri və sənədləşmə qaydalarını bilməlidir;
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ekoloji normaları bilməlidir;
  • Hesablama, planlaşdırma və resurslardan səmərəli istifadə prinsiplərini bilməlidir.


İş şəraiti:

  • İş yeri: Ağdağ Gips Zavodu (Qaradağ ərazisi);
  • İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü);
  • İstirahət günü: Bazar günü


Biz nə təklif edirik:          

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
  • Bonus sistemi
  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
  • Dinamik və gənc komanda ilə iş imkanı.



Vakansiya haqqında

Son tarix

March 15, 2026

Paylaşılıb

fevral 13, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər