Mətanət A Şirkətlər Qrupu

Tibbi nümayəndə

Bu gün

10

Təsvir

2.1. Zavod əməkdaşlarının sağlamlıq vəziyyətini müşahidə edir və səhhətində yaranan problemlər barədə müvafiq rəhbər şəxsi məlumatlandırır.

2.2. İşçilərə zədə, xəsarət, qəfil xəstələnmə, halsızlıq və digər hallarda ilkin tibbi yardım göstərir.

2.3. Zəruri hallarda təcili tibbi yardım çağırır və zərərçəkənin tibb müəssisəsinə göndərilməsinin təşkilində iştirak edir.

2.4. İstehsalat zamanı baş verən bədbəxt hadisələr və xəsarətlər barədə dərhal rəhbərliyi məlumatlandırır.

2.5. İstehsalat sahələrində tibbi yardım çantalarının və zəruri tibbi ləvazimatların mövcudluğuna nəzarət edir.

2.6. Tibbi yardım çantalarında olan dərman və tibbi vasitələrin yararlılıq müddətinə, saxlanma şəraitinə və komplektliyinə nəzarət edir.

2.7. İşçilər arasında sanitariya və şəxsi gigiyena qaydalarına riayət olunması ilə bağlı maarifləndirmə işləri aparır.

2.8. İstehsalat sahələrində əmək şəraitindən irəli gələn sağlamlıq riskləri barədə rəhbərliyə məlumat verir.

2.9. İşçilər arasında peşə xəstəliklərinin və istehsalat xəsarətlərinin profilaktikası ilə bağlı tədbirlərdə iştirak edir.

2.10. İşçilərin dövri və digər tibbi müayinələrinin təşkili ilə bağlı rəhbərliyə məlumat və təkliflər verir.

2.11. Tibbi müayinələr nəticəsində işçilərin sağlamlığı ilə bağlı verilmiş tibbi tövsiyələrin nəzərə alınmasına aidiyyəti üzrə dəstək göstərir.

2.12. İstehsalatda ilkin tibbi yardımın göstərilməsi qaydaları üzrə işçilərin maarifləndirilməsində iştirak edir.

2.13. Təcili hallarda zərərçəkmiş şəxsin vəziyyətini qiymətləndirir, imkanları daxilində ilkin tibbi yardım göstərir və peşəkar tibbi yardım gələnədək zəruri tədbirləri həyata keçirir.

2.14. İşçilərin sağlamlığı ilə bağlı məlumatların məxfiliyini qoruyur.

2.15. Tibbi sənədləşməni və müəssisə tərəfindən müəyyən edilmiş tibbi uçot və hesabatları aparır.

2.16. İş yerində tibbi yardımın təşkili ilə bağlı çatışmazlıqlar barədə rəhbərliyə yazılı və ya şifahi məlumat verir.

2.17. Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası üzrə tədbirlərdə öz səlahiyyətləri daxilində iştirak edir.

2.18. Rəhbərliyin öz vəzifə səlahiyyətləri çərçivəsində verdiyi digər tapşırıqları yerinə yetirir.

Tələblər

  1. Tibbi/orta tibb və ya ali tibb təhsilinin olmalı
  2. İstehsal müəssisələrində tibbi nümayəndə olaraq minimum 2 il iş təcrübəsi
  3. İlk tibbi yardım göstərilməsi üzrə bilik və praktiki bacarıqlar;

Vakansiya haqqında

Son tarix

October 8, 2026

Paylaşılıb

sentyabr 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı