M
Ana səhifə
/
/
/
SƏTƏM şöbə rəhbəri

SƏTƏM şöbə rəhbəri

  • MİLLA DAİRY
  • 15 km, 28 May Şamaxı Şossesi, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

312

Təsvir

SƏTƏM fəaliyyətini təşkil etmək, şöbə işçilərinin idarə edilməsi, tapşırıqların bölüşdürülməsi, nəzarət, SƏTƏM üzrə illik məqsədlər və hədəflər qoymaq və həyata keçirmək;

Sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil etmək və bu istiqamətdə rəhbərliyə təkliflər vermək;

İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edilməsi, qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsinə nəzarət etmək;

Salamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahələri üzrə işlərin planlaşdırılmasının təşkilinə və icrasına nəzarət etmək;

Ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsi, ekoloji şəraitin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nəzarəti təşkil etmək;

Müəssisələrin ətraf mühitə təsirlərinin əvvəlcədən qiymətləndirilməsi üzrə işlərin təşkili və nəticələrin rəhbərliyə çatdırılmasını təmin etmək;

Yanğın təhlükəsizliyi üzrə yoxlamaları həyata keçirən orqanlarla qarşılıqlı əlaqələrin qurulması və onlar tərəfindən irəli sürülən qanuni tələb və göstərişlərin icrasını təşkil etmək.

Tələblər

Bəy Namizədlər

Ali təhsil (əməyin mühafizəsi, texniki və ya mühəndislik sahəsi üzrə).

SƏTƏM sahəsində minimum 7 il rəhbər olaraq 3 il iş təcrübəsi.

Şöbə rəhbəri vəzifəsi üçün rəhbərlik təcrübəsi.

Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericiliyi bilmək.

ISO 45001 və ISO 14001 standartları üzrə biliklər.

Azərbaycan dili səlis, İngilis dilində (Minumum B1) anlayışlar, Rus dili arzuolunandır.


Vakansiya haqqında

Son tarix

December 17, 2026

Paylaşılıb

noyabr 17, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Servislə təmin olunur
  • qidalanma
  • Pasha Loyalty program "Dəyərlisən"
  • Mobil nömrə
  • Könüllü tibbi sığorta