Bu gün
28
* İstehsal planı icra edildiyi zaman digər departamentlər tərəfindən verilən sənədlərdə (məsələn, satışın həftəlik və aylıq proqramı) uyğunsuzluq aşkar edildikdə onu qarşı tərəflərlə korreksiya edilməsi (MRP izlənilməsi);
* Planın tərtib edilməsi üçün zəruri olan daxil olan sənədləri qəbul etməsi, orada olan məlumatların düzgünlüyünü və etibarlılığının yoxlanılması;
* Planın bütün mərhələlərinin uçotunu aparır və icrasına nəzarət etməsi, planlaşdırılmış hədəflər üzrə fəaliyyət göstəricilərini toplaması və emal etməsi, nəzarətin nəticələrinə əsasən analitik qeydlər, zəruri hesabatların hazırlanması və birbaşa rəhbərə təqdim etməsi;
* Müəssisə resurslarının səmərəli istifadəsi (xammal və qablaşdırma materialları; az hərəkətli (slow-moving) və hərəkətsiz (non-moving) materiallar) üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edilməsi;
* Müəssisədə yeni layihələrin həyata keçirilməsinin texniki-iqtisadi əsaslandırılmasında (yeni məhsulların tətbiqi) iştirak etməsi;
* Satış proqnozlarının təmin olunmasının mümkün olmadığı məhsullar üzrə məlumatların əvvəlcədən təqdim edilməsi;
* Birbaşa rəhbərin tapşırığı ilə planın ayrı-ayrı bölmələrinin işlənməsini həyata keçirməsi, onlar üçün hesablamalar və əsaslandırmalar aparması;
* Satış proqnozlarına uyğun olaraq istehsal planının (MPS) hazırlanması;
* Hazırlanmış istehsal planına uyğun mal-material ehtiyacları planlarının (MRP) hazırlanması;
* Səmərəli istehsal planının icrası məqsədilə departament-daxili şöbələrlə koordinasiya etmək;
* Sahənin istehsalat fəaliyyəti üzrə cari istehsalın planlaşdırılması, uçotu, tərtibi və vaxtında hesabatın verilməsini təşkil edilməsi;
* Strateji məhsulların planlı istehsalı və əsas və dövriyyə vəsaitlərinin kritik dövrlərdə səmərəli istifadəsinin təmin edilməsi.
Ali təhsil – bakalavr və ya magistr dərəcəsi (Sənaye mühəndisliyi, Təchizat Zəncirinin İdarəedilməsi, Əməliyyatların İdarəedilməsi, İqtisadiyyat və ya əlaqəli sahə); FMCG sektorunda istehsal planlaşdırılması, təchizat planlaşdırılması, MRP/MPS və ya təchizat zənciri funksiyaları üzrə minimum iş təcrübəsi;
Azərbaycan dilini səlis bilməli (Rus və İngilis dili arzuolunandır);
ERP sistemləri ilə praktiki iş təcrübəsi (1C);
Microsoft Office proqramları (Power BI) üzrə yüksək səviyyədə bilik;
MPS/MRP, tələbin proqnozlaşdırılması, ehtiyatların idarə edilməsi, təhlükəsizlik ehtiyatının (safety stock) müəyyənləşdirilməsi və istehsal planlaşdırılması məntiqi üzrə dərin bilik;
Yüksək analitik düşüncə və problem həll etmə qabiliyyəti (hesabatların hazırlanması, uyğunsuzluqların təhlili, xərclərin səmərəliliyinin qiymətləndirilməsi üzrə təcrübəyə əsaslanan).
Son tarix
October 22, 2026
Paylaşılıb
sentyabr 22, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
3-4 il
Vəzifə dərəcəsi
Rəhbər
Təhsil
Bakalavr

2GİS ● Bakı, Azərbaycan
08-09-2026
752

Silk Row Travel ● Naxçıvan, Azərbaycan
16-09-2026
1K

City Finance ● Bakı, Azərbaycan
27-08-2026
1K

BOKT "İDEAL KREDİT" MMC ● Bakı, Azərbaycan
Bu gün
20

Unibank Kommersiya Bankı ● Gəncə, Azərbaycan
Bu gün
1.6K