Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq;
Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramların hazırlanması;
Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri haqqında təkliflər irəli sürmək, mübarizə tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;
Həyata keçirilən işlərin hesabatlılığının aparılması.
Tələblər
Təhsil - Ali, orta-ixtisas təhsili
Təcrübə - 3 il
Texniki Bilikləri:
Aqrotexniki tədbirlərin görülməsi;
İstehsal olunan məhsulun həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi;
Xəstəliklər və zərərvericilərlə qarşı mübarizənin aparılması üçün ilkin bilik və təcrübəyə malik olmaq;
Torpaq tiplərindən asılı olaraq xüsusi becərilmə texnologiyalarının tətbiqi sahəsində bilik və təcrübə;
Pambıqçılıq barədə praktiki və nəzəri biliklərə malik olmalıdır;
Torpaq sahələrinin əkin üçün seçilməsi, erroziyadan müdafiəsi, ekoloji mühitin qorunması, suvarma və irriqasiya şəbəkələrinin mühafizəsi barədə bütün təlimatları bilməlidir.