Prime Cotton

Aqronom

14-10-2024

309

Bağlanılıb

Təsvir

  • Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
  • Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq;
  • Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
  • Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
  • Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
  • Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
  • Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramların hazırlanması;
  • Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
  • Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri haqqında təkliflər irəli sürmək, mübarizə tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
  • Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;
  • Həyata keçirilən işlərin hesabatlılığının aparılması.

Tələblər

  • Təhsil - Ali, orta-ixtisas təhsili
  • Təcrübə - 3 il
  • Texniki Bilikləri:
  • Aqrotexniki tədbirlərin görülməsi;
  • İstehsal olunan məhsulun həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi;
  • Xəstəliklər və zərərvericilərlə qarşı mübarizənin aparılması üçün ilkin bilik və təcrübəyə malik olmaq;
  • Torpaq tiplərindən asılı olaraq xüsusi becərilmə texnologiyalarının tətbiqi sahəsində bilik və təcrübə;
  • Pambıqçılıq barədə praktiki və nəzəri biliklərə malik olmalıdır;
  • Torpaq sahələrinin əkin üçün seçilməsi, erroziyadan müdafiəsi, ekoloji mühitin qorunması, suvarma və irriqasiya şəbəkələrinin mühafizəsi barədə bütün təlimatları bilməlidir.

Vakansiya haqqında

Son tarix

noyabr 13, 2024

Paylaşılıb

oktyabr 14, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı