Təsvir

Aşağıda adları qeyd olunan regionlarda fəaliyyət göstərən müəssisələr üzrə "Aqronom" axtarırıq :


Ağdam,Ağcabədi,Bərdə,Biləsuvar,Beyləqan,Neftçala,Salyan,Saatlı,Sabirabad,İmişli,Tərtər,Goranboy,Zərdab,Şirvan.


  • Əkinə yararlı torpaqları seçmək;
  • Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və torpaqların münbitliyinin artırılması istiqamətində aqrotexniki tədbirlər hazırlamaq;
  • Toxum fondlarının yaradılması, yüksək keyfiyyətli cins toxum və əkin materiallarının yetişdirilməsi işlərini təşkil etmək;
  • Torpağı gübrə verilməsi üçün lazimi hazırlıqlar və tədbirlər görmək;
  • Əkinlərə qulluq üçün təqvim qrafiki hazırlamaq;
  • Bölgüyə əsasən ona həvalə edilmiş ərazi nümayəndələrinin işinə daima nəzarət etmək;
  • Fermerlərlə daima təmasda olaraq onlara bütün növ aqrotexniki tədbirlər barədə izah və məlumatlar vermək;
  • Ziyanvericilərlə mübarizədə çeviklik nümayiş etdirməli və tabeçiliyində olan şəxsi heyəti səfərbər etmək;
  • Üzvi və mineral gübrələr, herbisidlər və zərərli kiməvi maddələrdən düzgün istifadəni təmin etmək;
  • Bitkiçilik sahəsində cari və perspektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarıın yerinə yetirilməsinə nəzarət etmək.


Tələblər

  • Aqrar sahə üzrə ali təhsil;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;


Texniki səriştələr:

  • Aqrotexniki tədbirlərin görülməsi;
  • İstehsal olunan məhsulun həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi;
  • Xəstəliklər və zərərvericilərlə qarşı mübarizənin aparılması üçün ilkin bilik və təcrübəyə malik olmaq;
  • Torpaq tiplərindən asılı olaraq xüsusi becərilmə texnologiyalarının tətbiqi sahəsində bilik və təcrübə;
  • Pambıqçılıq barədə praktiki və nəzəri biliklərə malik olmalıdır;
  • Torpaq sahələrinin əkin üçün seçilməsi, erroziyadan müdafiəsi, ekoloji mühitin qorunması, suvarma və irriqasiya şəbəkələrinin mühafizəsi barədə bütün təlimatları bilməlidir.

Vakansiya haqqında

Son tarix

yanvar 12, 2025

Paylaşılıb

dekabr 13, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı