- Biznes proseslərinin, şərt və risklərinin tam şəkildə başa düşülməsini təmin etmək;
- Audit proqramını hazırlamaq və audit prosedurlarını (audit test, müsahibələr v s.) icra etmək;
- Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyətdə həyata keçirmək;
- Audit işçilərinin işinə rəhbərlik etmək, istiqamətləndirmək və dəstək olmaq;
- Rəhbərlik üçün audit müşahidələri və müvafiq fəaliyyət planı daxil olmaqla audit hesabatını hazırlamaq / nəzərdən keçirmək;
- Audit nəticələrinin düzgün sənədləşdirilməsini təmin edən sübutları toplayaraq nəzərdən keçirmək;
- Daxili Audit əməkdaşlarının inkişafında iştirak etmək və onların fəaliyyətini qiymətləndirmək.
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Centerə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi əlavə edərək vakansiya üzrə müraciət edə bilərsiniz.
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.